"Kreditlərlə biznesi inkişaf etdirmək çox çətindir"-AÇIQLAMA

"Kreditlərlə biznesi inkişaf etdirmək çox çətindir"-AÇIQLAMAAzərbaycanda qeyr-neft sektorunun inkişafı ilə bağlı bir çox tədbirlər həyata keçirir. İnkişaf mərhələsinə nəzər yetirdikdə, Azərbaycanda qeyri-neft sektoru üzrə uğurlu addımlar atılıb. BiG.AZ-a danışan iqtisadçı Natiq Cəfərli qeyri-neft sektoru sahəsi üzrə ölkədə struktur islahatlarının keçirilməsinə ehtiyac olduğunu bildirib:

"Azərbaycanda qeyr-neft sektoru mütləq rəqəmlər olaraq, son illərdə müəyyən irəliləyiş, inkişaf yolu keçib. Mütləq rəqəmlərdə artım var və təqdirəlayiqdir. Amma ölkə iqtisadiyyatının həcminə baxanda, faiz nisbətində təəssüf ki, qeyri-neft sektorunun zəif olduğunu görürük. Ölkə ixracatının 90 faizindən yuxarısı enerji sektorudur. Yəni neft-qaz sektoru, neft məhsullarıdır. Ölkənin dövlət maliyyəsinin formalaşmasında enerji və dövlət sektorunun rolu həddindən artıq yüksəkdir. Buda özəl sektorun zəif olduğunu və qeyr-neft sektorunun zəif olduğu anlamına gəlir. Azərbaycanda hökumət tərəfindən aqrar, turizm və rəqəmsal iqtisadiyyat sferası prioritet elan olunub. Təəssüf ki, bu sahələrdən aqrar sahədə müəyyən irəliləyiş olsa da, digər sahələrdə ciddi irəliləyiş görmürük. Bu sahədə problemlər çoxdu. Vergi və gömrük, onların faiz dərəcəsinin yüksək olması ilə bağlı problemlər var. Amma spesifik problemlərdə mövcuddur. Məsələn, turizm prioritet elan eləmişik, turizmi inkişaf elətdirmək istəyirik. Lakin, dünyada quru sərhədlərini bağlı saxlayan bir neçə ölkə var ki, onlardan biri Azərbaycandır. Bu isə turizmə böyük zərbə vurur. Turizm isə qeyri-neft sektorununda çox ciddi inkişaf potensialına malik olan sahədir. Kənd təsərrüfatında isə supsidiyaların verilməsi ilə bağlı müəyyən problemlər var. Yəni ünvanlı supsidiyaların verilməsi daha da genişlənməlidir. Bu sahədə müəyyən irəliləyiş var. Amma daha da effektiv addımlar atılmalıdır. Rəqəmsal texnologiyalarda gəldikdə Azərbaycanın alt yapısı yoxdur. Güclü labaratoriyalar, universitetlər, elm mərkəzləri, beyin mərkəzlərinin qurulması vacibdir.

Ümumi qlobal problemlərə gəldikdə, Azərbaycanda iqtisadiyyata mane olan problemlər vergi və gömrük rüsumlarının çox yüksək olmasıdır. Məhkəmə sisteminin çox ləng və gec çalışmasıdır. Bu səbəblər də problem yaradır. Ölkədə kreditləşmə problemi var. Azərbaycanda kreditlər çox bahadır. Yəni, bu kreditlərlə biznesi inkişaf etdirmək çox çətindir. Rəqabətsizlik, inhisarçılıq problemi var. Dövlət şirkətlərində inhisarçılıq problemi var. Bəzi özəl korporasiyaların, holdinqlərin inhisarçılığı var. Bu da iqtisadiyyata, o cümlədən qeyri-neft sektoruna çox ciddi mənfi təsir göstərən amildir. Yəni struktur islahatlarına, vergi və gömrük islahatlarına ehtiyac var. Məhkəmə islahatlarına ehtiyac var ki, Azərbaycanda qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olmaq mümkün olsun".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

20:45 0
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

19:10 0
.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

12:00 176
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

17:19 241
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

19:20 0
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

13:15 233
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

15:30 172
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

21:00 0
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 212
.