İşə gecikməyə görə maaşdan pul tutula bilər?

İşə gecikməyə görə maaşdan pul tutula bilər?Bir çox şirkətlərdə işçilər işəgecikməyə görə cərimə edilir və bu məbləğ onların əməkhaqlarından tutulur. Məqsəd iş yerlərində əmək intizamını təmin etməkdir.

Bəs işçinin əməkhaqqından bu cür tutulma qanunidirmi?

"Qafqazinfo"nun məlumatına görə, Əmək Məcəlləsində işə gecikmə ilə bağlı hər hansısa müddəaya rast gəlinmir. İşəgötürən işçinin əmək haqqından yalnız aşağıdakı ödənişləri tuta bilər:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;
Ətraflı

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Göründüyü kimi, qanunvericilikdə işə gecikməyə görə əməkhaqqından tutulma da nəzərdə tutulmayıb. Hətta işçinin əməkhaqqısının müvafiq hissəsinin kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilməsi də işçinin ərizə ilə işəgötürənə müraciət etdiyi təqdirdə reallaşdırıla bilər. Əks halda işəgötürən kreditorlarının tələbi ilə işçinin borclarını əmək haqqından tuta bilməz.

Bununla belə, Məcəllənin əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini nəzərdə tutan 186-cı maddəsinin "c" bəndində işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilməsi nəzərdə tutulub. Cərimə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona verə biləcəyi 4 intizam tənbehindən biridir.

Buradan görünür ki, birbaşa nəzərdə tutulmasa da bu maddə ilə işçinin əməkhaqqından işə gecikməyə görə tutulma ola bilər.

Lakin sözügedən 4 intizam tənbehindən biri olan cərimə kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda tətbiq edilə bilər. Kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

İşçi ilə adi əmək müqaviləsi bağlanıbsa, onun əməkhaqqından işəgecikməyə görə pul tutula bilməz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniya sərhəddə baş verən iğtişaşlarda 57 nəfərin ölməsindən sonra Seutadan miqrantların geri qayıtdığını bildirir

İspaniya cümə günü Şimali Afrikadakı İspaniya anklavına miqrant axınının qarşısını aldığını və sərhədi quru və dəniz yolu ilə keçən 50 mindən çox insanın əksəriyyətinin artıq könüllü olaraq geri qayıtdığını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İspaniya hökumətinin Seutadakı nümayəndəs

10:05 123
.

"Tiktok"da canlı yayımda sevgilisini söydü, həbs edildi

"Tiktok"da sevgilisini təhqir edən həbs edilib. xəbər verir ki, bununla bağlı zərərçəkən polisə şikayət edib. Barəsində inzibati xəta üzrə icraat aparılan 42 yaşlı Zöhrab İmamverdiyev (şərti adla) bildirib ki, 2020-ci ildə həmin xanımla "tiktok"da tanış olub. Sonradan aralarında səmim

31.07.2026 276
.

Bessent İranda müsadirə edilmiş aktivlərin İran xalqına veriləcəyini bildirib

ABŞ Maliyyə Naziri Skott Bessent cümə günü jurnalistlərə bildirib ki, ABŞ "bütün dünyada İran aktivlərini axtarır və bu pul İran xalqına gedəcək". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Skott Bessent İranda mövcud rejimin mütləq devrilməli olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimo

10:40 89
.

Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)

Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəl

31.07.2026 250
.

Azyaşlı bağçada döyülüb? - Foto-Video

Sumqayıtda fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi"ndə azyaşlının döyüldüyü iddia edilir. Bu barədə "Qafqazinfo"ya bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədə

31.07.2026 442
.

Xəzər dənizində 5 nəfər boğuldu

İranda 5 nəfər Xəzər dənizində boğulub. yerli telegram kanallarına istinadla bildirir ki, hadisə Ramsar şəhərinin Toskə çimərliyində qeydə alınıb. Məlumata görə, hava şəraiti ilə əlaqədar ərazidə üzgüçülüyün olmasına baxmayaraq, 7 gənc çimərliyə girib. Nəticədə onların hamısı batıb. Axtarış tədbirlər

31.07.2026 288
.

Bakıda dəmiryolu stansiyandan meyit tapıldı

Bakıda dəmiryolu stansiyanın ərazisindən meyit tapılıb. -ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi Biləcəri dəmir yolu stansiyasının ərazisində qeydə alınıb. Şamaxı rayon sakini 36 yaşlı Tural Əlişah oğlu Teymurovun meyiti ərazidə aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir. Araşdırm

31.07.2026 322
.

Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb. APA xəbər verir ki, bu barədə Küveyt ordusu "X" səhifəsində məlumat yayıb. Bildirilib ki, səhər saatlarında hava məkanını pozan PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfində

31.07.2026 216
.

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. BİG.AZ xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükd

10:14 116
.

TOP MP3