"Həmin uşaqlar travmaları üzərində şikəst talelərini yaşayırlar" - Fotolar
"Bizim ən böyük imtahanımız, şansımız bəlkə də uşaqlığımızdır. Çünki həyatımız o illərin kökləri, nəticələri, uğurlu və uğursuz səhifələri üzərində qurulur. Bu məqam isə çox vaxt özünü doğruldur. Uşaq ikən bol sevgiylə, nəvazişlə, doğru tərbiyəylə böyüyən, gözəl ailəylə müjdələnən insanlar adətən bu işığı davam etdirirlər".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Süleymanlı sosial şəbəkə hesabında yazıb. Oğlu ilə fotolarını yayımlayan Azər bunları əlavə edib:
"Uşaqlığında sevgidən, diqqətdən, istilikdən məhrum olanlar, sığaldan, qucaqdan əskik qalanlar isə yaşa dolanda həyatın növbəti astanasında daha bir imtahan verirlər: ya həmin uşaqlıq travmaları üzərində şikəst talelərinə davam edir, həmin qaranlıqlarını qurduqları ailələrinə, eynən öz körpələrinə ötürür, ya da o ağrılardan, uşaqlıqlarının "buzlarından" dərs çıxarıb tam tərsinə, daha böyük məhəbbətə, sığala, qucağa çevrilirlər. Axı sevgisizliyin ağrısını, kasıblığını həm də ən yaxşı onlar bilirlər…
Oğlum, layiq olduğun hər şeyi sənə verə bilirikmi, bilmirəm. Amma səni sevgidən əskik buraxmamaq üçün əlimdən gələni edirəm. Həyatın səni növbəti imtahanla sınağa çəkməsini istəmirəm. İnanıram, bilirəm ki, bir gün sən də öz balalarına sənə ən böyük yadigarımızı layiqincə ötürəcəksən… Səni sevirəm, səni sevirik, oğlum! Sən də həmişə sev, çox sev".



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 09 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
The New York Times yazır: İran ABŞ təyyarələrini S-400 ilə vurub - POLİTOLOQDAN AÇIQLAMA
Beynəlxalq mediada yayılan son məlumatlar qlobal təhlükəsizlik gündəmini yenidən gərginləşdirib. The New York Times qəzetinin yazdığına görə, İran ABŞ-ın Körfəz ölkələrində yerləşən hərbi təyyarələrini Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri vasitəsilə vurub. Bu hadisə regionda hərbi balans
03.04.2026 279 Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlər
"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, şagirdlər artıq ərazi prinsipi ilə deyil, bilik və bacarıq müsabiqəsi ilə qəbul olunacaq. Bu, cəmiyyətin intellektual potensialını bir mərkəzdə toplamaq baxımından faydalıdır: güclü şagirdlər bir-birini irəli çəkir, "sağlam rəqabət" formalaşır"
03.04.2026 258 Elnarə Abdullayeva polisə müraciət etdi
"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n
03.04.2026 435 Deputat pəncərədən tullanıb qaçıbmış...
Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əli Abbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib. Keçmiş deputat iddi
03.04.2026 389 İsrail ordusu Livanın cənubundakı hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürüb
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatları zamanı həyata keçirilən hava hücumunda 15 Hizbullah terror təşkilatının üzvünü öldürdüyünü bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Livanın cənubunun qərb sektorunda 146-cı diviziyanın qoşunları əməliyyat zonalarınd
03.04.2026 232 390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb
Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi Faiq Hidayətov dələduzluq əməlinə görə cəzalandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə
03.04.2026 276 Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda minatəmizləmə fəaliyyətində fərqlənə
03.04.2026 257 Elnarə Abdullayevaya jurnalistlərdən SƏRT sözlər: "Özün niyə bəzənib məclislərdə oxuyursan?"
Xanəndə Elnarə Abdullayevanın qonaq olduğu verilişlərin birində qadınların şəkil paylaşması ilə bağlı dediyi sözlər narazılığa səbəb olub. xəbər verir ki, Elnarə Abdullayeva Votsap statusunda şəkil paylaşan qadınları tənqid edib. O bildirib ki, qadınlar statusta öz şəkillərini paylaşması düzgün deyil:
03.04.2026 309 İntensiv yağış yağacaq
Aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
03.04.2026 368