Özündən 40 yaş kiçik qızla eşq yaşayır
Rusiyalı müğənni Qriqori Leps həyat yoldaşından boşandıqdan sonra özünə yeni sevgili tapıb.
Axşam.az xəbər verir ki, 61 yaşlı müğənni hazırda adını açıqlamadığı 20 yaşlı qızla münasibətdə olduğunu bildirib.
"Bir sevgilim var, ona sadiqəm. O, nə qədər gəncdir? Təxminən 40 yaş məndən cavandır. Onun nə etdiyi məni, mənim isə nə etdiyim onu maraqlandırmır. Biz azad insanlarıq" deyə, Leps bildirib.
Leps keçmiş həyat yoldaşı Anna Şaplıkova ilə mütəmadi olaraq ünsiyyət qurduğunu da qeyd edib:
"Mənim kifayət qədər sərt həyat yoldaşım var, mən hələ də onu ailə hesab edirəm, gündəlik ünsiyyətdə oluruq".
Bir müddət əvvəl Qriqori Leps 20 illik evliliyindən sonra ayrıldığı həyat yoldaşı Anna Şaplıkovadan boşanması barədə açıq danışıb. Müğənninin sözlərinə görə, boşanmada günahkar özüdür və bu vəziyyətə görə peşmandır.
"Geri istəməyəcəyəm. Birincisi, məni qəbul etməyəcəklər. İkincisi, buna görə özümü heç vaxt bağışlamayacağam. Əziz və sadiq bir insana xəyanət etdiyim üçün boşanmaq qaçılmaz idi. Boşanmağımız isə faciədir" deyə, ifaçı əlavə edib.
Qriqori Leps və Anna Şaplıkovanın boşanması 2021-ci ilin dekabrında məlum olub. Onlar bildirdilər ki, dost olaraq qalırlar və mülkü bölüşmək, ictimai qaydada məsələni həll etmək və uşaqlarla bağlı məsələlərdə münaqişə etmək fikrində deyillər.
Anna Şaplykova ilə evlilik Qriqori Leps üçün ikinci oldu. 2000-ci ildə Laima Vaikulenin ad günündə tanış oldular - o zaman Anna Vaikule şousu baletində rəqqasə idi. Onların tanışlığı zamanı Şaplıkovanın 29, müğənninin 39 yaşı var idi. Evlilikdə üç uşaq dünyaya gəldi: qızları Eva və Nikol və oğlu İvan. Qriqori Lepsin Svetlana Dubinskaya ilə ilk evliliyindən 36 yaşlı İnqa adlı böyük qızı da var. Keçən il Qriqori Leps ilk dəfə baba oldu: onun böyük qızı İnqa bir oğul doğdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1013 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870