Yuval Noah Harari Bakıya gələcək

Yuval Noah Harari Bakıya gələcəkMəhşur yazıçı, tarixçi, professor Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.

Professor tarixçi Y.Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi", "Homo Deus: Sabahın qısa tarixi", "21-ci əsr üçün 21 dərs" və Sapiens seriyasının "Bizi dayandırmaq olmaz" kimi populyar kitabların müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb.

"Kosmosa şans verək" möhtəşəm və futuristik mövzuya həsr olunmuş Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində dünyanın ən nüfuzlu ictimai ziyalısı, professor Yuval Noah Hararinin qonaq olması bizi çox sevindirir, deyə Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

47 yaşlı filosof Y.Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləri, son tədqiqatları isə makro-tarixi: Tarix və biologiya arasında hansı əlaqə var? Tarix öyrənildikcə insanlar daha xoşbəxt oldularmı? 21-ci əsrdə elm və texnologiya hansı sualları gündəmə gətirir? suallar ətrafındadır.

Xatırladaq ki, oktyabrın 2-də qlobal kosmos ictimaiyyəti 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresində bir araya gələcək. Bakı Konqres Mərkəzində baş tutacaq Bakı Konqresinin heyranedici açılış mərasimi Azərbaycanın unikal mədəniyyətini və irsini nümayiş etdirəcək, eyni zamanda kosmik inkişaf imkanlarını və çağırışlarını diqqətdə saxlayacaq.

Beləliklə, Bakıda günümüzün ən parlaq professor-tarixçisi Harari ilə yeni eranın gəlişi haqqında müzakirələrdə iştirak etmək fürsətini qaçırmayın.

Gec olmadan Beynəlxalq Astronavtika Konqresinə qeydiyyatdan keçin https://registration.iac2023.org/registration və professor Yuval Noah Harari ilə görüşmək şansını əldə edin !


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 08 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.