Evli qadın sevgilisi ilə videosunu çəkdi, qayınanası isə... - Azərbaycanda ŞOK

Evli qadın sevgilisi ilə videosunu çəkdi, qayınanası isə... - Azərbaycanda ŞOKAstara rayonunda 1997-ci il təvəllüdlü Elmar və 2003-cü il təvəllüdlü Elcan qohumları Ləmanla intim görüntüləri sosial şəbəkədə yayılan həmkəndliləri Əfqana (adlar şərti verilib - red.) xəsarət yetiriblər.

Hadisə ötən il avqustun 29-da Astara rayonunun qəsəbələrindən birində baş verib.

Elmar qohumu Elcanla birlikdə həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında həmkəndliləri Əfqanla qısqanclıq zəminində mübahisə ediblər.

Mübahisə zamanı Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxıb, Elmar isə özü ilə gətirdiyi bıçaqla onun sol sifət nahiyəsinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittuham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran Dövlət Universitetinin Gəmiçilik fakultəsinin birinci kurs tələbəsi olub: "Avqustun 29-da saat 10 radələrində universitetdə dərsdə idim. Tələbə yoldaşlarım "Teleqram" saytına baxarkən Astaranın qəsəbəsində yaşayan bir qızla bir oğlanın çılpaq görüntüləri olan videosunun olduğunu dedilər. Tələbə yoldaşlarımdan mobil telefonu aldım və həmin videogörüntüyə baxan zaman onun bibim qızı Ləman olduğunu gördüm.

Bibim qızı ilə intim görüntüsü yayılan oğlan isə həmkəndlimiz Əfqan idi. Videoya baxandan sonra tələbə yoldaşlarıma heç bir söz demədim və Lənkərandan Astaraya qayıtdım. Ləmanın əmisi oğlu Elcana zəng etdim. Olanlar barədə ondan soruşdum. Elcan da həmin videoya özünün indi baxdığını dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elcanla görüşüb: "Təklif etdim ki, Əfqanı çağırıb bu barədə onunla söhbət edək. Əfqanın qardaşı Ramizə zəng etdim. Qardaşına Əfqanın etdiyi hərəkətlər barədə məlumat verdim. Əfqanla görüşməyin, bu barədə söhbət etməyin zəruri olduğunu bildirdim".

Elmarın sözlərinə görə, həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında Əfqanla görüşüblər: "Görüş zamanı Əfqana "nəyə görə Ləman ilə olan videonu "Teleqram" saytında paylaşmısan?" - deyə soruşdum. Əfqan isə cavabında həmin videonu yaymadığını, Ləmanın özü onu evinə çağırdığını bildirdi.

Əfqanla aramızda sözlü mübahisə başladı, Ləman barəsində nalayiq ifadələr işlətdi. Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxdı. Mən də evdən gətirdiyim mətbəx bıçağını cibimdən çıxardım və Əfqanın sol yanağına vurdum.

Əfqan əlimizdən çıxaraq qaçmağa başladı. Orada olan Ramiz mübahisəyə qarışmadı. Başqa şəxslər bizə iradlarını bildirdilər, düzgün etmədiyimizi dedilər. Sonra bizə polisə təslim olmağımızı məsləhət görüdülər. Mən Elcanla birlikdə Astara rayon polis şöbəsinə getdik. Etdiyimiz hərəkət barədə məlumat verdik və hadisə vaxtı istifadə etdiyim bıçağı təqdim etdim".

İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, Ləmanla münasibəti olub: "Onunla evlənmək istəmişik. Lakin valideyinləri buna razı olmadılar. Buna baxmayaraq, başqası ilə ailə quran Ləman mənimlə münasibətini davam etdirdi".

Zərərçəkmiş qeyd edib ki, 25 avqust 2022-ci ildə Ləmanın Bakı şəhərində yaşadığı evə gedib və onunla görüşüb: "Evdə sevişən zaman Ləman öz telefonu ilə həmin anı çəkdi. Sonra oradan çıxdım və Astara rayonuna qayıtdım. Ləman zəng edərək dedi ki, qayınanası Səlimə mobil telefonunu zorla onun əlindən alıb və telefona baxanda bizim çəkilmiş video və fotoşəkillərimizi görüb. Ləman atası evinə gəldi".

Zərərçəkmiş qeyd edib ki, Ləmanın qohumları çağırdığına görə avqustun 29-da saat 16 radələrində qardaşı Ramiz ilə birlikdə qəsəbədə yerləşən elektirik stansiyasının yaxınlığına gediblər: "Ləmanın qohumları Elmar və Elçan da orada idilər. Aramızda söhbət mübahisəyə çevrildi. Elcan əllləri ilə arxadan məni tutdu. Elmar əlində olan bıçaqla sifətimin sol nahiyyəsinə vurdu. Bıçaq sol əlimin beşinci barmağını kəsdi. Sifətimdən qan axmağa başladı. Elcanı itələyərək oradan qaçdım".

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Onlar cinayət məsuliyyətindən azad ediliblər. /teleqraf.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1749   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.