"Şöşü" medal aldığı üçün onu tənqid edənlərə cavab verdi
"Bozbash Pictures" komediya layihəsində "Şöşü" obrazı ilə yadda qalan tanınmış aktyor Ramil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Milli Mətbuat Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edilməsindən danışıb.
R.Babayev pravda.az-a müsahibəsində bu məsələni müzakirə obyektinə çevirənlərə belə cavab verib:
"Mən "Şöşü" obrazını canlandıranda da ATV kanalında "Komando" hərbi layihəsinin rəhbəri idim. "Şöşü"nü oynamaq o demək deyil ki, mən başqa iş görə bilmərəm. "Şöşü" sadəcə bir obrazdır, amma hərbi veriliş bizim Vətənimizin mərd igidlərini düşmənə göstərmək üçündür ki, görsünlər, necə oğullarımız var. "Komando" verilişi 16 ildir var. Mən də 16 ildir bu verilişin layihə rəhbəriyəm. Əvvəl aparıcım var idi, amma iki ildir artıq "Komando"nu özüm aparıram. "Youtube"da da baxa bilərlər ki, "Komando" verilişi necə, hansı əziyyətlərlə hazırlanır. Hərbçilərimizin xidmətlərini, əziyyətlərini xalqa göstəririk, onlarla qürur duyuruq. Təltif olunduğuma görə tənqid edən jurnalistlər, deməli, yaxşı jurnalist deyillər. Onlar bilmirlər ki, "Şöşü" deyil, Ramil Babayevdir və "Şöşü" onun obrazıdır. Ramil Babayev isə bir neçə işlə məşğuldur. Eyni qaydada da hərbi veriliş aparıram, sevə-sevə özüm montaj edirəm. Ola bilsin, ya bunu bilmirlər, ya da qısqanclıqdan yazıblar. Dövlət Sərhəd Xidməti çox sağ olsun ki, əziyyətimizi layiqincə qiymətləndirdi".
Qeyd edək ki, aktyorun təltifi bəzi media nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1290 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
01.11.2026 352 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
01.11.2026 339 Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 377 Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerj
10:00 207 "Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ
"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ
12:03 175 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
12:55 97 Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili
12:25 116 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 381 Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik
Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü
11:46 136