"İsrafiloğlu" MMC-yə məxsus "NUR" çörək zavodunda nələr baş verir..? – İstehlakçılar həm çəkidə, həm də keyfiyyətdə aldadılır…
Çörək haqqında nə qədər yazsaq da, desək də azdır. Müdriklərimiz çörəyə and içib, kiminləsə çörək kəsməyi əhd-peyman hesab ediblər və s. Böyük şairimiz isə deyib ki…Çörək bol olarsa, basılmaz vətən.
Sözün qısası, çörək həm də strateji məsələdir və həmişə dövlətin nəzarətində olub. Düzdür, 1991-ci ildən sonra, yəni müstəqillik dönəmində şəxsi çörək sexləri, hətta çörək zavodları da yarandı. Təəssüf ki, bu çörək zavodlarının bişirdikləri çörəyin içindən elə əşyalar çıxır ki, adam yazmağa utanır. Hələ bu harasıdır..?
Çox yox, bir müddət əvvəl Bakıda "İsrafiloğlu" MMC-yə məxsus "NUR" çörək zavodunda xadimə işləyən yaşlı qadın xəmir qarışdıran dəzgahı təmizləyərkən qurğu işə düşdü və qadını sözün həqiqi mənasında doğradı və qadın yerindəcə dünyasını dəyişdi. Həmin prosesin videosu saytlarda yayılıb və adam baxanda dəhşətə gəlir. Görəsən, Əmək Müfəttişliyi hara baxır…?
Axı, belə vəziyyət olmaz. Xadiməni xəmir aparatı doğrayır, fəhlə binadan yıxılıb ölür və daha nələr. Axı, həmin şirkətlər istifadəyə veriləndə işçilərin əmək təhlükəsizliyi tam təmin olunmalı idi… Adın da nə qoysalar yaxşıdır…Fəhlə ehtiyatsızlıqdan…öldü… Və nəticədə NUR çörək zavodunda ehtiyatsızlıq edən başqa bir fəhlə qadın Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndiriləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edildi. Görəsən, bununla problem həll olundumu..? Kim təminat verir ki, NUR çörək zavodunda bir daha belə hal baş verəməyəcək..? Bəs zavodun rəhbərliyi niyə cəzalandırılmadı..?
NUR çörək zavodunun reklamlarına fikir verəndə adam bəh-bəh deyir, amma reallıqda vəziyyət tam fərqlidir. Guya NUR zavodu çörəyin istehsalında kimyəvi qidalardan istifadə eləmir, mayadan 3 dəfə az istifadə olunur və daha nələr… Amma əslində NUR çörək zavodu çörəyin çəkisində və keyfiyyətində alıcıları aldadır. Bəs görəsən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Bəli istehlakçıların çoxu "NUR" çörəyinin çəkisinin 650 yox, 500-550 qram olduğu barədə şikayətlənirlər.
Şikayətçilər yazır ki, "NUR" çörəkləri adı altında satılan çörəklərin içindən nə desən çıxır, çörək 1-2 gün qaldıqdan sonra elə bir vəziyyətə düşür ki, adam onun 2 gün əvvəl alınan çörək olduğuna inana bilmir. Bu çörəklər mədədə ağırlıq yaradır, həzm olunmur. Lakin müəssisə rəhbərliyi belə halların aradan qaldırılması əvəzinə, 2 gün qaldıqda əcaib iy verən palçıq kimi çörək bişirib satmaqla məşğuldurlar. Üstəlik, satışdan qayıdan çörəkləri müxtəlif üsullarla yenidən çörək və digər məhsullar formasında satışa qaytarmaqla öz işlərini başa çatmış hesab edirlər. Bu isə, əsl cinayətdir. Hələ bundan başqa "NUR" çörəklərinin istehsal olunan zavoddan, satış nöqtələrinə daşınması o qədər müşkül məsələdir ki, o səhnəni görən hər bir dövlət qurumu "NUR" çörək zavoduna cərimə protokolu tərtib etməsə keçməz.
Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə "NUR" çörəklərinin köhnə, çirkli maşınlarda antisanitar şəraitdə daşınması ilə bağlı fotolar da yayılıb. Lakin müəssisə rəhbərliyi belə tənqidləri qulaqardına vurub.
Sözün qısası, çörəyimizə HARAM qatanlara qarşı ciddi tədbir görməyin vaxtı çoxdan çatıb, cənablar./ Gündəlik Bakı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2507 Tarix: 19 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
01.11.2026 347 "Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ
"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ
12:03 218 Şuşa şəhəri Qarabağın tacıdır
Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind
11:43 156 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
12:35 132 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə
12:16 153 İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 413 Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 381 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 341 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
12:55 155