Tahir Kərimli: "BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, yaxşılığa doğru nəsə olmur"
"Zaman-zaman Bakı Nəqliyyat Agentliyi barədə tənqidi fikirlərimi demişəm. Bakı paytaxtdır, yeganə aqlomerasiya olunmuş, böyük şəhərdir. Köhnə MDB məkanının beş böyük şəhərindən biridir və burada ictimai nəqliyyatla bağlı problemlərin aradan qaldırılması çox vacib məsələdir. BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin balansından alınıb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi nəyi dəyişəcək? Bu barədə söz deməkdə çətinlik çəkirəm, çünki BNA öz proqram məqsədlərini qarşıya qoymalıdır. Qurum başqa bir qurumun balansına verilməklə hansı dəyişikliyi edəcək? Bilirik ki, BNA-da heç bir kadr dəyişikliyi olmayıb. BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, amma işdə yaxşılığa doğru heç nə olmur. Bu qurum özünü təqdim etməlidir. Hansı işləri görmək istəyir? Bu qədər şikayətlər var, yəqin ki, xəbərləri olmamış deyil..."
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Balansı dəyişməklə ictimai nəqliyyat sahəsinə hansı yeniliklər gələcək, hansı yaxşılaşma olacaq? Şəhərətrafı ərazilərdə avtobus tapmaq mümkün deyil. Bu sahəyə büdcədən də xeyli pul ayrılır. Bizdə ümid yaratmaqdan, nəhayət, şəhər nəqliyyat təsərrüfatını qaydaya salmaqdan ötrü müəyyən işlərin görülməsi çox vacibdir. Həm Bakıda yaşayan, Bakıya gələn əhalimiz üçün, həm də xarici qonaqlar üçün çox vacibdir ki, nəqliyyat dəqiq işləsin. Vaxtilə Sovet dövründə olan tramvay, trolleybus yolları söküldü. Sonradan xeyli sayda proqramlar irəli sürüldü ki, yenidən bərpa olunacaq. Ekoloji təmiz nəqliyyata üstünlük veriləcək. Çoxdandır deyilir, amma hələ ki heç nə baş vermir. Proqramdan xəbərsizəm, BNA-nın hansısa iş görmək istəməsi barədə də hər hansı məlumat eşitməmişəm. Nə mətbuatdan, nə də vəzifəli şəxslərin dilindən. Yaxşı olar ki, BNA-nın rəhbəri mətbuat konfransı keçirə, həm öz proqramını açıqlaya, həm də sənədi ictimaiyyət üçün çap edə ki, görək bunlar nə iş görmək istəyirlər? Çünki bu, hamıya dəxli olan məsələdir", - deputat bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 708 Tarix: 18 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVeysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili
12:25 166 Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
01.11.2026 343 Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
01.11.2026 348 Kreml: Putin Zelenskinin zənginə cavab verəcək
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki
11:17 178 Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
01.11.2026 349 Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 384 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
13:14 168 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib
11:59 163 Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
01.11.2026 399