Makler qadın borca görə şərikinin arvadını bıçaqladı - MƏHKƏMƏ
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsibə Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BiG.AZ pravda.az-a istinadən xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, hadisə 31 yanvar 2022-ci il tarixdə Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Nəsibə Quliyeva tanışı Həsən Vəliyevin (şərti) yaşadığı evə gedib. Bu zaman evdə Həsənin həyat yoldaşı, zərərçəkmiş Günay Vəliyeva (şərti) olub. Qadınların arasında mübahisə yaranıb. Nəticədə Nəsibə üzərində gəzdirdiyi ov bıçağı ilə Günayın sol tərəfdən sinə nahiyəsindən bir zərbə endirib.
Məhkəmə istintaqı zamanı Nəsibə Quliyeva özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Həsən Vəliyevlə birlikdə torpaq alqı-satqısı işi ilə məşğul olub. Onlar birlikdə işlədikdən sonra Həsənin ona müəyyən miqdar borcu yaranıb, lakin şəriki yığılan borcunu vermək istəməyib. Bir gün isə Həsən zəng edərək, "Gəl, borcunu verim", - deyib. Nəsibə də öz avtomobili ilə onun yaşadığı yerə gedib. Buna baxmayaraq, Həsən evdə olmayıb. Onun arvadı Günay isə evdə olub. Günay Nəsibəni evin kamerasından görərək çölə çıxıb.
Nəsibə Quliyevanın sözlərinə görə, Günay onu təhqir edib və söyüb. O da bundan sonra meyvə doğramaq üçün avtomobilində saxladığı bıçağı götürərək Günaya xəsarət yetirib.
Hadisədən sonra Nəsibə Quliyeva saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 618 Tarix: 18 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır
ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını yerləşdirmək məqsədilə danışıqlar aparır. Trend xəbər verir ki, bu barədə "Financial Times" danışıqların gedişi ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib. Rusiya sərhədlərin
02.06.2026 245 BİG.AZ yazdı Sumqayıtda 7 nömrəli marşrut sürücüsü cəzalandırıldı
Sumqayıt şəhərində ictimai nəqliyyat sahəsində yaşanan problemlərlə bağlı BİG.AZ-ın yazısına Sumqayıt Nəqliyyat MMC-dən cavab verilib. Qurumdan BİG.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin narazılığına səbəb olan 7 nömrəli marşrut xətti üzrə baş vermiş hadisə araşdırılıb. Aparılan yoxlamala
02.06.2026 365 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasi
12:13 167 Alternativ Şuşa yolu istifadəyə verildi - Video
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternati
10:30 248 Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. -a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinat
12:43 155 Neft qiymətləri üçüncü gündür yüksəlir
Neft qiymətləri çərşənbə günü üçüncü gündür ki, yüksəlir və ABŞ-İran sülh danışıqlarının dayandırılmasından sonra Körfəzdə yeni düşmənçiliklər alovlandığı üçün dollar 160 yen baryerini aşmaq üzrə idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri 1% artaraq bir bare
12:20 131 Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: "makler" DANIŞDI
Bakı Ağır Cinayətlər Məhkəməsinə eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəmin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, şahid İ.R təqsirləndirilən M.Məhərrəmov
02.06.2026 257 Trampın qızı 1.4 milyardlıq ada aldı
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər. xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb. Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçü
02.06.2026 296 Paşinyan: Rusiyanın iqtisadi addımları ermənilərin münasibətinə təsir edə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ixrac edilə bilməyən kənd təsərrüfatı məhsulları ilə bağlı fermerlərə dəstək veriləcəyini açıqlayıb. "Bibər xarab olarsa, onun dəyərini mən ödəyəcəyəm, hökumət də ödəyəcək. Nəticədə isə həm Ermənistanda bibər istehsalı, həm də ixracın həcmi artacaq"
10:56 139