"Eşitmişdim şorgözdü, dedim Telman mənə əl vurmasın" - Firəngiz Mütəllibova

"Eşitmişdim şorgözdü, dedim Telman mənə əl vurmasın" - Firəngiz MütəllibovaBu gün xalq artisti, milyonların sevimlisi Telman Adıgözəlovun 70 yaşı tamam olur. Bu günü onsuz qeyd edirik.

Deyilənə görə, hər ad günündə kövrələrmiş, gözləri dolarmış. Ömrünün qısa olacağını hiss edirmiş bəlkə də. Həyatı boyu 57 rəqəmindən qorxan bu möhtəşəm aktyor 57 yaşında həyatla vidalaşıb. Ürəyinə daman qorxu səbəbsiz deyilmiş. Ürəklərə sevinc verən adam ürəktutmasından dünyasını dəyişib. Ölümündən sonra biliblər ki, ürək damarlarında tromblaşma gedirmiş, amma həkimlər onu ürəyindən yox, ostroxondrozdan müalicə edibmiş.

Aktyorun yaxın dostu, Xalq artisti Firəngiz Mütəllibova Lent.az-a onunla bağlı xatirələrini danışıb:

"Telman bu fobiyasına görə, avtomobilinin 57 ilə bitən nömrə nişanını da dəyişmişdi. 57 yaşında ürək tutmasından dünyasını dəyişdi. Çox gözəl insan idi Telman. Çox gözəl geyinərdi. Deyirdi, aktyor baxımlı olmalıdır. Hərdən dostları deyəndə ki, dişlərini düzəltdir, deyirdi, "diş həkimindən qorxuram. Dişimə iynə vursalar stoldan qalxmayacam". Baxmayaraq ki, öz qızı da diş həkimi idi, amma bu qorxusunu yenə bilmirdi",- deyə Firəngiz xanım bildirib.

"O hamının dərdinə yanan, fikrini çəkən adam idi. Hər kəs Telmanı gülüb-danışan, məclis adamı kimi görürdü, amma əslində çox fikir edən, hər şeyi ürəyinə salan insan idi. Çox ürəyiaçıq, şən, hazırcavab, mülayim insan idi. Kömək eləməyi sevirdi. Dostlarla məclisdə oturanda hamı elə bilərdi ki, içib. Halbuki ağzına bir damla da içki dəyməzdi, içən deyildi. Zarafatla deyirdi ki, məclisdəkilər içir, mən sərxoş oluram. Hələ də teatra girəndə elə bilirəm, qapılardan birindən çıxıb, "Firoş" deyə məni səsləyəcək",- deyə aktrisa qeyd edib.

Firəngiz xanım Telman Adıgözəlovla ilk tanışlıqları barədə də məzəli xatirəsini bölüşüb:

"Biz universitetdə oxuyanda hamı deyirdi ki, yaman çox sevgililəri var. Yaraşıqlı, populyar adam idi. Qadınların ürəyi gedirdi onun üçün. Hamı elə bilirdi ki, Telman şorgöz adamdır. Mənim də ağlıma batmışdı. Ona görə, onunla ilk dəfə tamaşada oynayanda rejissora tapşırmışdım ki, ona deyin mənə əl-qol atmasın. Toxunmasın. Sonralar rejissor bizi teatrda qol-qola, öpüşüb-görüşən görəndə zarafatla deyirdi, sizi çəkib hamıya göstərəcəm. Telman nəinki Akademik Milli Dram Teatrının, eləcə də ölkənin ən namuslu, düzgün kişilərindən biri idi. Haqqında gəzən şaiyələr hamısı yalandır. Onun nə sevgilisi var idi, nə də gözü orda-burda deyildi. Ona görə çox sevilirdi. Ona görə dəfnində elə böyük izdiham oldu. Bildiyimə görə, eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb, hətta polislər Fatmayı kəndinə qədər olan yolu bağlamağa məcbur olublar".

"Çox hazırcavab idi. İfa etdiyi monoloqlara özündən çox şey qatırdı. Belə istedad bir onda idi, bir də Yaşar Nuridə. Onların ifasında, xarakterlərində xüsusi kolorit var idi. Telmanın yeri həmişə görünəcək",- deyə Xalq artisti bildirib.

Aktyorun oğlu Tural Adıgözəlov da atası ilə bağlı xatirələrini Lent.az-la bölüşüb:

"Atamın çoxlu dostları var idi. Ciddi insan idi. Zarafatın deyib-gülməyin yerini bilirdi. Onunla keçən hər anımız unudulmazdır. Dostları zəng edirlər, yada salırlar. Teatrdan tək-tük adam hərdən yada salır. Amma bu gün Mədəniyyət Nazirliyindən zəng gəlməyib", - deyə o qeyd edib.

Tural Adıgözəlov bildirib ki, Telman Adıgözəlovun ocağında onun adını yaşadan 9 yaşlı nəvəsi var. Balaca Telmanın incəsənətə böyük marağı olsa da, babasının yolunu gedib-getməyəcəyini zaman göstərəcək.*

"Eşitmişdim şorgözdü, dedim Telman mənə əl vurmasın" - Firəngiz Mütəllibova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6707   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

01.08.2026 182
.

Prezidentin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyev sosial media səhifələrində Xalq Şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikas

01.08.2026 180
.

İşləyənlərin DİQQƏTİNƏ - Avqustun QEYRİ-İŞ GÜNLƏRİ

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək. Belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9

01.08.2026 282
.

Azərbaycanın iki şəhərinə METRO ÇƏKİLƏCƏK - TARİX AÇIQLANDI

Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bi

01.08.2026 333
.

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli

00:21 126
.

"Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu

01.08.2026 133
.

ABŞ dövlət katibi: Ukrayna və Rusiya arasında sülh danışıqlarının mümkünlüyü araşdırılacaq

ABŞ Dövlət katibi Marko Rubio yaxın həftələrdə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının bərpası imkanının aydınlaşdırılması üçün müvafiq addımlar atılacağını bəyan edib. -ın məlumatına görə, o bu barədə "Fox News"a açıqlama verib. Dövlət katibi qeyd edib ki, tezliklə Rusiya-Ukrayna münaqişəsini

01.08.2026 159
.

Latviya və Belarus arasındakı yeganə sərhəd-keçid məntəqəsi bağlandı

Dünən axşamdan Belarus və Latviya sərhədindəki yeganə fəaliyyət göstərən keçid məntəqəsi vasitəsilə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb. xəbər verir ki, bu barədə Belarusun Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb:. "Latviya tərəfinin qərarı ilə iyulun 31-də, saa

01.08.2026 159
.

Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib

Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunu

01.08.2026 158
.

TOP MP3