"Səmayə ananın adının belə qalmaqallarda hallanması utancvericidir" - TƏFƏRRÜATLAR / VİDEO

"Səmayə ananın adının belə qalmaqallarda hallanması utancvericidir" - TƏFƏRRÜATLAR / VİDEO"Şəhid Milli Qəhrəman, general Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbəsində oğlunun adını daşıyan İdman Klubunda keçirilən anım mərasiminə buraxılmayıb".

KONKRET.az bir neçə gündür sosial medianın gündəmini zəbt edən, insanlarda hiddət doğuran bu hadisənin təfərrüatlarını araşdırıb.

Məlum olub ki, Polad Həşimov adına İdman Klubu tərəfindən təşkil olunan tədbirin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində keçirilməsinə icazə verilməyib. Əməkdaşımız bunun səbəbini öyrənməyə çalışıb və mərkəzin rəhbəri Leyla Əsədullayeva ilə əlaqə saxlayıb. Direktor məsələ ilə bağlı saytımıza belə açıqlama verib:

"Polad Həşimov adına İdman Klubu 2021-ci ildən 7 oktyabr 2022-ci ilədək Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin idman zalında qeyri-qanuni olaraq fəaliyyət göstərib. Mən 2023-cü ilin fevral ayında mərkəzin yeni rəhbəri təyin olunandan sonra özünü klubun prezidenti kimi təqdim edən Eyvaz Hüseynovla görüşüb, fəaliyyətinə dair hüquqi sənədləri təqdim etməsini bildirmişəm. Klub rəhbəri isə rəsmi olaraq heç bir sənədinin hazır olmadığını deyib. Və o, mənə bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 7 oktyabr 2022-ci il tarixdə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində apardığı monitorinq zamanı Polad Həşimov adına İdman Klubunun fəaliyyətinə dair heç bir rəsmi sənəd olmadığı üçün idarə tərəfindən klubun fəaliyyətinə xitam verilib.

Buna baxmayaraq, Eyvaz Hüseynov iyunun 5-də mənə ərizə ilə müraciət etdi ki, "Yeriniz qəlbimizdədir" adlı tədbir keçirmək istəyir. Və bildirdi ki, bu, keçmiş boksçuların xatirəsi ilə bağlı idman tədbiri olacaq. Yəni ərizədə nə şəhidlərin, nə də Milli qəhrəman Polad Həşimovun adı var idi. Həmçinin, ərizədə kütləvi formatda tədbir və konsertin nəzərdə tutulduğu qeyd edilmişdi. Mən isə cavab məktubu yazıb bildirdim ki, hazırda mərkəzdə kütləvi tədbir qarşılamaq imkanımız yoxdur. Mən 44 faiz işçi ilə çalışıram, avadanlıqların çox az bir hissəsi işlək vəziyyətdədir və bununla bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə də məktub ünvanlamışam. İdarə tərəfindən isə müraciətimizə şifahi cavab verilib ki, bizi avadanlıq və texniki işçilərlə təmin etməyə idarənin mövcud maliyyə durumu imkan vermir. Əlavə olaraq qeyd etdim ki, biz ancaq klubun öz hesabına tədbir keçirməsinə icazə verə bilərik. Yəni nə maddi, nə də fiziki dəstək ola bilməyəcəyik. Eyvaz Hüseynov isə bununla razılaşmadı və məndən pul tələb elədi, təkidlə dedi ki, tədbirlə bağlı ona hər cür dəstək göstərməliyəm.

Yeri gəlmişkən, bundan öncə, yəni mən rəhbərliyə təyin olunandan az müddət sonra Eyvaz Hüseynov mənə yaxınlaşaraq İdman Klubunun 3 yaşının tamam olması münasibətilə mərkəzdə konsert keçirmək istədiyini də bildirmiş, bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə razılaşdığını demişdi.

O zaman klub rəhbərliyinin istəyini nəzərə alaraq 5 mart 2023-cü il tarixdə şəxsi vəsaitim hesabına mərkəzdə klubun 3 yaşı münasibətilə təntənəli konsert proqramı təşkil elədik. Tədbirdə çay süfrəsinin, fəxri fərmanların təşkili və s. işlərin xərcini də öz vəsaitim hesabına həyata keçirdim. Tədbirdə mərhum generalımız Polad Həşimovun anası Səmayə xanım da iştirak etdi və mərkəzimizin fəaliyyətindən razı şəkildə bizdən ayrıldı.

Eyvaz Hüseynov növbəti tədbir üçün məndən pul tələb edəndə isə bildirdim ki, maliyyəm yoxdur, çünki baş idarə tədbir keçirmək üçün mənə büdcə ayırmır. O isə dedi ki, səndən idarəyə şikayət edəcəm və deyəcəm ki, onlar mənə dəstək versin. Mən də dedim ki, lap yaxşı, get müraciət elə, işçi, aparatura versinlər, gəl tədbirini keçir. Məsələ belə olub və bu şəxs bu səbəbdən məndən narazı qalıb.
Səmayə ananın mərkəzə buraxılmaması ilə bağlı səsləndirilən fikirlər isə tamamilə yanlışdır. Çünki E.Hüseynov sonradan həmin tədbiri başqa bir məkanda təşkil edib və Səmayə ana da birbaşa ora gedib".

Direktor onu da əlavə edib ki, Eyvaz Hüseynov hal-hazırda da mərkəzdə özünü "ağa" kimi aparır. Zəbt etdiyi idman zalının qapısını bağlayaraq açarını onlara vermir: "Şəxsən mən mərkəzin direktoru kimi o zala daxil ola bilmirəm. İrad bildirəndə də deyir ki, şəhid ailələrini, qaziləri üstümə qaldıracaq. İşçilərə qarşı da kobud və zorakı davranır. Hətta mətbəxin qapısını Eyvaz Hüseynovdan icazəsiz bağladığına görə mərkəzimizdə dalandar vəzifəsində çalışan və təhlükəsizlik məsələlərinə cavabdeh olan Şakir Xudiyevin üstünə hücum çəkib. Bildirib ki, "mən Polad Həşimov adına klubun rəhbəriyəm və məndən icazəsiz burada heç kim heç bir addım ata bilməz". (Faktla bağlı mərkəzin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan videogörüntülər redaksiyamız tərəfindən oxucularımıza təqdim olunacaq).

Direktor onu da əlavə edib ki, bütün bu məsələlərlə bağlı Qızıldaş Mədəniyyət Mərkəzi tərəfindən toplanmış faktlar tezliklə aidiyyəti qurumlara və hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Leyla Əsədullayevanın səsləndirdiyi iddialara cavab olaraq Eyvaz Hüseynov isə bildirib ki, direktorun fikirləri onun üçün heç bir əhəmiyyət kəsb etmir: "Mərkəzə yeni direktor təyin olunandan sonra şəhidlərin tədbirlərinin keçirilməsinə, bayraqların və şəhid şəkillərinin asılmasına icazə verilmir. Buna Səmayə ana da şahid olub, digər şəhid ailələri də, Qızıldaş qəsəbəsinin sakinləri də. Mənə onun ittihamları maraqlı deyil. Şəhidin tədbirinə icazə verməmək, generalın anasını qapıda saxlayıb içəri buraxmamaq ona heç cür haqq qazandıra bilməz".

Əməkdaşımız məsələ ilə bağlı mərhum generalımız Polad Həşimovun bacısı Kəmalə Həşimovanın da mövqeyini öyrənməyə çalışıb. K.Həşimova bildirib ki, Səmayə ananın adından istifadə olunaraq mətbuatda yayılanlar qeyri-ciddi məlumatlardır: "Sözügedən mərkəzdə Polad Həşimovla bağlı tədbir keçirilməyib. Eyvaz Hüseynov həmin tədbiri "Laçın" restoranında təşkil edib və Səmayə ana da birbaşa ora gedib. Tədbirdən çıxandan sonra isə E.Hüseynovun dəvəti ilə mərkəzin qabağına gələrək orada vurulan şəhidlərin şəkilləri ilə tanış olub və oradan da evə qayıdıb.

K.Həşimova mərkəzdə tədbir keçirilməsinə icazə verilməməsinə isə belə aydınlıq gətirb: "Təəssüf ki, bu məsələ iki tərəf arasında qalmaqala çevrilib. Bizim özümüzə də tərəflər bəzi məsələləri izah etmək istəyiblər. Amma əgər ortada qeyri-qanuni hansısa iş, əməl, fəaliyyət varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalı, hər şey qanunla tənzimlənməlidir. Səmayə ananın adının belə qalmaqallarda hallanması isə utancverici və yolverilməzdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2180   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

01.08.2026 182
.

Prezidentin sosial şəbəkə hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyev sosial media səhifələrində Xalq Şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikas

01.08.2026 180
.

İşləyənlərin DİQQƏTİNƏ - Avqustun QEYRİ-İŞ GÜNLƏRİ

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək. Belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9

01.08.2026 282
.

Azərbaycanın iki şəhərinə METRO ÇƏKİLƏCƏK - TARİX AÇIQLANDI

Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bi

01.08.2026 333
.

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli

00:21 126
.

"Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu

01.08.2026 133
.

ABŞ dövlət katibi: Ukrayna və Rusiya arasında sülh danışıqlarının mümkünlüyü araşdırılacaq

ABŞ Dövlət katibi Marko Rubio yaxın həftələrdə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının bərpası imkanının aydınlaşdırılması üçün müvafiq addımlar atılacağını bəyan edib. -ın məlumatına görə, o bu barədə "Fox News"a açıqlama verib. Dövlət katibi qeyd edib ki, tezliklə Rusiya-Ukrayna münaqişəsini

01.08.2026 159
.

Latviya və Belarus arasındakı yeganə sərhəd-keçid məntəqəsi bağlandı

Dünən axşamdan Belarus və Latviya sərhədindəki yeganə fəaliyyət göstərən keçid məntəqəsi vasitəsilə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb. xəbər verir ki, bu barədə Belarusun Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb:. "Latviya tərəfinin qərarı ilə iyulun 31-də, saa

01.08.2026 159
.

Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib

Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunu

01.08.2026 158
.

TOP MP3