Ziya Kazımov işgəncə prosesində iştirak etməyib – 90 nəfər məhkəmədə ifadə verdi, bəraət istənildi

Ziya Kazımov işgəncə prosesində iştirak etməyib – 90 nəfər məhkəmədə ifadə verdi, bəraət istənildiSumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin icraatında "Tərtər işi" üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

"Unikal" xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Ziya Kazımovun da adı əsassız olaraq hallanan işlə bağlı aparılan məhkəmə istintaqı gedir.

Məlumat üçün bildirək ki, Z.Kazımov böhtan atılaraq günahsız istintaqa cəlb olunub, həbs edilmişdi. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar sübut edir ki, Z.Kazımovun "Tərtər işi" adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamlar tamamilə əsassızdır.

Onu da qeyd edək ki, bir müddət öncə Z.Kazımovun ailəsi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, polkovnik-leytenant Kazımova böhtan atılaraq həbs olunub. Ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadan həbsdə saxlanılır. Müraciətdən sonra onun keçdiyi döyüş yolu, yüksək peşəkar xidməti və təqsirsizliyi nəzərə alınaraq azadlığa buraxılmışdı. Belə ki, 2021-ci il 24 fevral tarixində Z.Kazımovun işi ilə bağlı Bakı Hərbi Məhkəməsində proses keçirilib, barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi. Bundan sonra polkovnik-leytenant Kazımov xidmətə qayıdıb və hazırda da öz işini davam etdirir.

Məhkəmə prosesi barədə "Unikal"a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov qeyd edib ki, ümumilikdə 90 nəfərdən çox şahid ifadə verərək müvəkkilinin təqsirsiz olduğunu bildiriblər: "62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil etsin. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni, bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1321   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr

Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"

19:15 1
.

Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik

Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü

11:46 195
.

Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c

10:55 242
.

Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm

16:54 150
.

Rejissor özünü güllələdi

Amerikalı tanınmış kinorejissor, ssenarist və prodüser Maykl Mann təsadüfən özünü güllələyib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. 83 yaşlı rejissor məşq zamanı silahını qobura yerləşdirərkən təsadüfən atəş açılıb. Nəticədə Man

20:00 1
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

12:34 274
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

12:35 206
.

Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında

"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind

14:48 194
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

11:50 201
.