"Medera" hospitaldan əsassız ittihamlara reaksiya – VƏ YAXUD ÜMÜD ƏHMƏDOVU DİGƏR XƏSTƏXANALAR NƏ ÜÇÜN QƏBUL ETMƏMİŞDİ?
Ötən ilin noyabrında baş verən avtoqəza zamanı ağır xəsarətlər alaraq "Medera" Hospitalın reanimasiya şöbəsinə yerləşdirilən Ümüd İlqar oğlu Əhmədovun sonrakı taleyi ətrafında müxtəlif fikirlər səslənir. Bu vəziyyətdən istifadə edib, sağlamlıq ocağına və tibb işçilərinə qarşı "linç məhkəmələri" qurulur. Halbuki, məruz qaldığı avtoqəzada ciddi xəsarətlər alan Ümüd Əhmədov 25 noyabr 2022-ci ildə xəstəxanaya qəbul olunarkən koma vəziyyəti 3-4 glaskow olaraq müəyyən olunub. Buna səbəb isə ağır beyin zədəsi alması olub. Buna görə, əl-qolu ifliç vəziyyətdə olub və süni tənəffüs aparatına qoşulub.
Haşiyə çıxaq ki, Ü.Əhmədov "Medera" Hospitala daxil olmazdan əvvəl yaxınları tərəfindən müxtəlif xəstəxanalara aparılsa da, heç biri qəbul etməyib. Səbəb olaraq, onun həyat şansının olmadığı göstərilib.
"Medera" Hospitalda Ümüd Əhmədovun üzərində ağır əməliyyat anasının şəxsi razılığından sonra aparılıb. Əməliyyat aparılması ilə bağlı razılıq ərizəsində həkimlər tərəfindən əməliyyatın riskli olduğu barədə xəbərdar edildiyini, ancaq kiçik də olsa şansı dəyərləndirmək istədiyini də yazıb. Bütün bu prosedur qaydalardan sonra yaralı əməliyyat olunub və qeydlərdən görünür ki, əməliyyat uğurlu keçib. Belə ki, cərrahi əməliyyatdan sonra xəstənin vəziyyəti stabil olduğu, huşunun aydınlığı qeydlərdə öz əksini tapıb. Bir neçə aylıq müalicədən sonra Ümüd Əhmədov bu ilin yanvar ayının 18-də xəstəxanadn evə çıxıb.
Təxminən bir ay sonra "City Hospital"da yazılmış epikrizdə də huşunun aydın olduğu, korneal reflekslərin canlı olduğu qeyd edilib. Fevral ayının 24-də keçirilən müayinələrdən sonra xəstə yenidən əməliyyata götürülüb. Martın ilk günü xəstənin vəziyyəti kafi olaraq dəyərləndirilib və müvafiq məsləhətlər verilərək evə buraxılıb.
Sonradan baş verən faciəyə görə isə "Medera" Hospitala qarşı əsassız ittihamlar irəli sürülməyə başlayıb. Guya vəziyyətinin sağalmaz olduğu blinən Ümüd Əhmədov pula görə əməliyyat olunub. Halbuki, Ümüdün anası oğlunun həyatda qalması üçün ən kiçik şansı da dəyərlənmək istəyini razılıq ərizəsində qeyd edib.
Tibb ocağına qarşı daha bir əsassız iddia guya Ümüdün əməliyyatı üçün ailəsindən 180 min manatdan artıq pul alınması haqqındadır. Halbuki rəsmi sənədlərdə 26 noyabr 2022-ci ildən 18 yanvar 2023-cü ilədək olan müddətdə əməliyyat, müayinə, analiz və digər tibbi xidmətlər üçün Əhmədovlar cəmi 39 168 manat ödəyiblər. İndi isə dərdli ailənin vəziyyətindən sui-istifadə edilərək tibb ocağına, həkimlərə qarşı "linç məhkəməsi" həyata keçirilir. Bu isə çox zərərli və təhlükəlidir. Həkimlərin "günah keçisi"nə çevrilməsi çox böyük faciələrə yol aça bilər.
Qeyd etdiyimiz kimi, avtoqəza baş verəndən sonra Ümid Əhmədovu heç bir xəstəxana qəbul etməyib. Həkimlər Xəstənin yaşama şansını 1 % dəyərləndiriblər. Ümüd Əhmədovun anası "Medera" hospitaldan xahiş edib ki, oğlunun nəfəsinin gəlməsi kifayyətdir.
Üstəlik, xəstə "Medera" hospitaldan evə buraxılandan sonra 7 dəfə başqa xəstəxanalarda beynindən əməliyyat olunub.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1429 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678