Bu il icbari sığorta xəttilə 16 mindən çox ürək-damar əməliyyatı icra olunub
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təkcə ötən il müqavilə bağladığı özəl tibb müəssisələrində həm uşaqlar, həm də böyüklər üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub".
"Report" xəbər verir ki, bu fikirləri "Ürək-damar xəstəliklərinin müasir aspektləri" adlı elmi-praktik konfransındakı çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
H. İbrahimlinin sözlərinə görə, cari ildə bu rəqəm 16 mindən çox olub:
"Bir zamanlar ölkəmizdə aparılması mümkünsüz olan çox çətin ürək əməliyyatları artıq bir neçə tibb müəssisəsində yerli cərrahlarımız tərəfindən uğurla icra olunur".
H. İbrahimli qeyd edib ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan həkimlərin sayı da az deyil:
"Qürurverici haldır ki, peşəkar ürək-damar cərrahları öz fəaliyyətləri ilə vətənimizə və millətimizə fayda verib".
Tədbirdə qeyd edilib ki, konfransın keçirilməsində məqsəd ürək-damar problemlərinin müalicəsinin daha əlçatan və asan olmasını təmin etməkdir.
İki gün davam edəcək konfransın ilk günü "Ürək çatışmazlığında koronar revaskulyarizasiyanın bu günü və gələcək istiqamətləri", "Ürək qapağı xəstəliklərinin cərrahi müalicəsi" və digər mövzular türkiyəli və yerli mütəxəssislər tərəfindən müzakirə olunacaq.
Qeyd edək ki, konfrans Türkiyənin "Bayraktar Group" Sağlamlıq Turizm Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə keçirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 502 Tarix: 08 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca
12:50 249 Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"
14:58 260 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
14:46 243 Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
22:30 1 Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr
Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"
19:15 181 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
12:35 235 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda
14:53 252 Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
22:40 0 Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
14:21 269