"Mikayıl Müşfiqi sizin kimilər güllələtdirdilər" - Elza efirdə əsəbiləşdi
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bu isə müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, müğənni "Təsir dairəsi" verilişində qonaq olarkən məsələyə münasibət bildirib:
"Bu mövzu o qədər böyüyüb ki, zəng edib deyirlər bir həftə, 10 gün efirə çıxmayın, görsənməyin, qoy danışsınlar. Cavab verdim ki, olmaz. Hərdən qohumlarım gəlib deyir ki, sənin üstündə kiminləsə dalaşmışıq. Deyirəm, niyə? Musiqinə, şeirinə nəsə dedi, başladım onunla dalaşmağa. Cavab verirəm ki, düz etməmisiniz, siz onlara izah edin. O oxucudur, dinləyicidir, başa düşmür. Vaqif İbrahimoğlu (red. aktyor) söyləyirdi ki, biz hamımız baxırıq, amma hamımız görə bilmirik. Xüsusən də yaradıcı insanlar. Bu yaxınlarda Əşrəf Heybətova (red. Xalq rəssamı) biri sual verib ki, burada nə çəkmisiniz? Bir əsəbiləşdi ki, sən fikirləş orada nə çəkmişəm. Mən çəkmişəm, onu sən tapmalısan. Öz şeirlərim də var. Bir şeirim var, "Yorğun olanda mənimlə məzələn, soy əynini, tök ruhunu təzələn". Başa düşməyənlər indi məzələnirlər, axırda gəlib həqiqəti tapacaqlar".
Proqramın aparıcısı Lalə Azərtaş ondan "Ağzını tikim" sözü niyə misrada yer almalıdır" deyə, soruşub. Həmçinin, aparıcı Elzaya şeirlərini anlaya bilmədiyini deyib. İfaçı onun sualını belə cavablayıb:
"Mən heç vaxt açıqlamıram. Ramiz Rövşənin "Dünyanın tfu üzünə" misraları (red. "Dərd" şeirində) var. Soruşaq ondan ki, "tfu" sözünü niyə demisən. O, bizim şairimizdir. Mən onu təhlil edirəm, müqayisə aparmıram. İndi mən də deyim ki, Məhəmməd Füzuli şeirlərində nə demək istəyib?".
Elza fikirləri ilə razılaşmayan verilişin qonaqlarına əsəbiləşib və onlarla mübahisə edib:
"Ətin kəfini" misal göstərirsiniz. O şeirimi rus dilinə tərcümə ediblər. "Qazanım aşdı, kəfini yedim", bilirsiniz nədir? Kasıbın necə kasıb olmağıdır. Varlı qazan aşanda yeyir. Kasıb isə kəfini də, içini, dibini də yeyir, deşir də. Kəfkir çıxır qazandan və o deşikdən röyaya baxır, həsrətini çəkir varlı evlərin. Siz onun fəlsəfəsini tapmalısınız. Mən nə edim ki, siz beyninizi düşündürmürsünüz.
Kəfkiri Füzuli yox, Elza yazıb. Seyid Əzim Şirvanini məsciddə öldürdülər. Mikayıl Müşfiqi 29 yaşında sizin kimi düşünən insanlar güllələtdirdilər. Füzuli o vaxt kasıbçılıqdan vəba xəstəliyinə görə özünə dərman da ala bilməyib".
Elza L.Azərtaşın "Bəlkə siz bəzi kütlənin dilini tuta bilmədiyiniz üçün anlaşılmırsınız" sualına isə belə reaksiya verib:
"Dilinizi çoxdan tutmuşam. Dartıb çıxartmışam da boğazınızdan. İndi o dillər nə gəldi danışırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1215 Tarix: 07 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 329 JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR
APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik
02.11.2026 337 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib
02.11.2026 231 Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm
02.11.2026 255 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
02.11.2026 220 Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"
02.11.2026 260 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI
Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə
02.11.2026 234 Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
02.11.2026 323 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda
02.11.2026 252