ŞOU-BİZNES "Mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı"
"mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı"
"Hər şeyi tamaşaçılar üçün edirik ki, onlar izləsinlər. Bu gün o qədər internet, yutub oxuyanlar var ki, adam çaş-baş qalır. Bu günlərdə bir müğənninin yutub səhifəsi qarşıma çıxdı. Baxıram ki, bir mahnısı 500 milyon izlənilib. Bizim müğənnimizdir. Bu göstərici sənət demək deyil. Bu baxış sayı ilə peşəkarlıq ölçülmür. Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Yalnız düşünürük ki, səviyyəli el şənliyi olacaq, gedib oradan qonorar alıb, hansısa bəstəkara pul verib, mahnı alacağıq, klip çəkdirib, efirə çıxaracağıq. Bütün bunlar olmasa biz heç nə edə bilmirik. Halbuki biz sənət insanı olaraq ömrümüzü, günümüzü bu sənətə həsr etmişik".
Milli.Az moderator.az-a istinadən bildirir ki, bunu əməkdar artist Gülüstan Əliyeva deyib.
"Bəzən deyirlər ki, aktyor sənəti asılı sənətdir. Mən deyərdim ki, elə müğənnilik də asılı sənətə çevrilib. Bu günü ilə yaşayan müğənnilər var ki, nə desən edirlər. İstər danışıqları ilə, istərsə də geyimləri ilə gündəmə gəlirlər. Onlar toylara daha baha qonorara gedirlər. Yutub səhifələrində dinlənilən mahnıların əksəriyyəti də o müğənnilərin oxuduqlarıdır. Tamaşaçı da onları dinləyir, zövqünü korlayır", - deyə əməkdar artist bildirib.
Gülüstan Əliyeva bildirib ki, nə qədər gülsə də, gözləri həmişə onu ələ verir.
"Gözlər qəlbin aynasıdır. Deyir ki, bir insanı daha yaxşı tanımaq, həyatını daha yaxşı müzakirə etmək üçün onun gözlərinə bax. Kədər əlbəttə ki, gözlərdə qalır. Bunu mənə zamanla çox insanlar deyib. Nə qədər gülsəm də, danışsam da, ətrafıma işıq saçsam da gözlər həmişə düzünü deyir. O kədəri də, o ağrını da, o həsrəti də, ayrılığı da gizlədə bilmirsən. İnsanların hamısına səadət arzulayıram. Hər birimizin həyatında qəmli notlar, kədər var. Əlbəttə ki, bunları hamımız yaşayırıq. Mənim payıma daha çox düşüb", - deyə Gülüstan Əliyeva bildirib.
Sənətkar oxuduğu mahnıların sözünə çox önəm verdiyini bildirib.
"Təbii ki, bir çox mahnılar təklif olunur. Mən onların içindən seçirəm. Mənim üçün musiqiyə çevrilən söz çox önəmlidir. Söz tamaşaçıları tutub saxlamalıdır. Bir də görürsən ki, mahnının gözəl musiqisi var, amma sözləri zəifdir. Tamaşaçı o dəqiqə bunu hiss edir. O mahnıları seçirəm ki, sözləri az da olsa mənim həyatıma aid olsun. Çünki hər insanın ömür yolu var", - deyə sənətkar bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşValidə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059