"Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq - FOTO
28-30 iyul 2023-ci il tarixində növbəti "Caspian Motor-Show" avtomobil sərgisi baş tutacaq.
Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayılıb.
Xatırladaq ki, ölkədə yeganə avtomobil sərgisini ənənəvi olaraq bu ictimai birlik həyata keçirir.
Ümumiyyətlə, "Caspian Motor-Show" unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında keçirilir. 2003-cü ildən başlayaraq Nabran istirahət zonasında, Qəbələ və Şəki şəhərlərində və əlbəttə, Abşeron çimərliklərində dəfələrlə ən yeni modellərdən ibarət ekspozisiyalar qurulub. Cari ildən başlayaraq, avtoşounun "Sea Breeze Resort" kompleksində təşkil olunması barədə razılıq əldə olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:
"Caspian Motor-Show 2023" çərçivəsində "TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq" mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkədə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaqlar.
Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, distribütor və dilerlər iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdirilə bilər. Builki avtoşou bir neçə özəlliyi ilə də seçiləcək. Əvvəla, elektrik avtomobillər üçün xüsusi ekozona ayrılacaq. Bundan əlavə avtomobil aşiqləri üçün yeni modelləri test-drayv etmək imkanı yaradılacaq.
"Caspian Motor-Show 2023" çərçivəsində tamaşaçıları maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışlar, müsabiqələr də gözləyir. Populyar pop-rok ulduzların iştirakı ilə konsert proqramları və diskotekalar, "Miss Avto" gözəllik müsabiqəsi və bir sıra sürprizlər də gözlənilir. Bu avtomobil bayramında iştirak etmək üçün partnyorları dəvət edirik.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 773 Tarix: 03 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
20.09.2026 241 Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?
Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo
20.09.2026 277 Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd
00:41 292 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 287 Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?
Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +
15:00 162 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
18:10 141 Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Əsrlərdir müzakirə olunan "Əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül biologiyasına görə, bu sualın cavabı yumurtadır. Çünki yumurta qoyan canlılar toyuqlardan yüz milyonlarla il əvvəl mövcud olub. xarici mediaya istinadən xəbər verir ki, paleontoloji araşdırmala
00:33 392 Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 163 Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
20:00 76