"Azərbaycan polisi hər zaman dövlətin və xalqın keşiyində dayanıb" - RƏY

"Azərbaycan polisi hər zaman dövlətin və xalqın keşiyində dayanıb" - RƏY"105 yaşlı Azərbaycan polisi çox şərəfli bir yol keçib. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də ondan sonrakı, xüsusilə də müstəqilliyimiz dövründə polisimiz hər zaman dövlətin və xalqın keşiyində dayanıb. Bu şərəfli missiya hazırda da davam edir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisi müstəsna rol oynayıb: "Azərbaycan polisi təkcə asayişin qorunmasında deyil, həmin illərdə də baş qaldıran erməni separatçılarına qarşı mübarizədə də müstəsna əhəmiyyətli addımlar atıb. Onu da qeyd edim ki, keçmiş SSRİ dövründə də Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə seçilib".

Deputat söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, ötən əsrin 80-ci illərinin sonunda da erməni separatçılarına qarşı mübarizədə Azərbaycan polisi ön sıralarda dayanıb: "Bəlli olduğu kimi Azərbaycan hələ SSRİ-nin tərkibində olanda bizim ordumuz yox idi. Həmin vaxt erməni faşizminin Azərbaycan xalqına qarşı cinayətlərinin qarşısının alınmasında məhz Azərbaycan polisi necə deyərlər, sinəsini qabağa verdi. Polisimiz Birinci Qarabağ müharibəsində daim ön cəbhədə oldu. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polisin şəhid olması, əslində, o dövrdə Azərbaycan polisinin hansı qəhrəmanlıqlar göstərdiyini ortaya qoyur. Necə deyərlər, Azərbaycan polisi Azərbaycan Ordusunun hələ formalaşmadığı bir vaxtda ordunun da missiyasını şərəflə yerinə yetirib".

V.İskəndərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini daim diqqətdə saxlayıb: "Təsadüfi deyil ki, məhz 1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edilib. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Cənab İlham Əliyev Prezident seçildikdən qısa bir müddət sonra müvafiq Dövlət Proqramının qəbul edilməsi və DİN-in strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması və s. deyilənlərin əyani sübutudur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 01 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Estoniya Rusiya sərhədində hərbi şəhərcik tikir

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində hərbi şəhərcik inşa etməyi planlaşdırır. xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat yayıb. Onun sözlərinə görə, tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur:. "Hərbi şəhərciyin yaradılması milli təhlükəsizli

21:00 54
.

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qətl hadisəsi törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. Hadisədən sonr

21:24 3
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

19:00 168
.

Nyu-Dehlidə binada baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub

Çərşənbə günü Yeni Dehli məhəlləsindəki bir binada baş verən yanğın nəticəsində ən azı 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, polis bildirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhərin cənub hissəsindəki Malviya Nagar məhəlləsindəki binanın birinci mərtəbəsində restoran, yuxar

12:33 189
.

Dünyanın ən qısa beynəlxalq körpüsü: bir neçə addım aralıda başqa ölkə

"El Marko" adlı körpünün uzunluğu cəmi üç metrdir və Portuqaliya ilə İspaniya arasındakı təbii sərhəd sayılan dar Arroyo-Abrilonqo çayını keçir. xarici mediaya istinadən xəbər verir ki, körpünün Portuqaliya tərəfində "P" hərfi həkk olunmuş daş nişan, İspaniya tərəfində isə "España"

18:30 149
.

Uçuş zamanı zədələnmiş baqaja görə kompensasiyanı necə almaq olar?

Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə

19:45 135
.

Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. -a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinat

12:43 246
.

Ətsiz qidalanma trendi: Fayda və risklər

"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki

15:29 192
.

Naxçıvanda idarə rəisi İŞDƏN ÇIXARILDI

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev əmr imzalayıb. Y.Axundovun vəzifədən azad olunmasının səbəb

16:11 169
.

TOP MP3