"La Figaro": "Jurnalistlər Fransada baş vermiş iğtişaşların qurbanı olublar"

"La Figaro": "Jurnalistlər Fransada baş vermiş iğtişaşların qurbanı olublar"Fransada Nahel adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlərdə çoxlu sayda jurnalist iğtişaşçıların fiziki hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın "La Figaro" qəzeti məlumat yayıb.

"Jurnalistlər öz işlərini görmək istədikləri üçün hücuma məruz qalıblar. Bu şənbə günü Nahelin ölümündən sonra baş verən iğtişaşlar zamanı "Le Figaro" qəzetinin redaktor heyətinin iki üzvü daxil olmaqla, azı onlarla jurnalist hücuma məruz qalıb", - məlumatda qeyd edilib.

Qəzetin izah etdiyi kimi, onlar foto çəkdirdiklərinə və ya orada baş verən hadisələri işıqlandırdıqlarına görə gənc iğtişaşçılardan ibarət qruplar tərəfindən hücuma məruz qalıb, təhqir edilib.

"Le Figaro"nun iki jurnalisti iyunun 30-na keçən gecə Paris ərazisində iğtişaşları işıqlandırarkən hücuma məruz qalıb. Onlardan biri Nanterdə döyülərək qarət edilib. Eyni yerdə başqa bir jurnalistə – "Liberation" jurnalının fotoqrafı Koranten Folenə hücum edilib. Cümə axşamı "Poynt"un fotoqrafı da hücuma məruz qalıb. Qəzetin yazdığına görə, kişi onlarla adam tərəfindən döyülüb.

Bildirilib ki, fiziki hücumlara məruz qalanlar təkcə yerli jurnalistlər olmayıb: "Qətərin "Əl-Cəzirə" telekanalının jurnalisti operatorunun müşayiəti ilə iğtişaşları canlı yayımlayarkən hücuma məruz qalıb. Jurnalistlər zibil qutularının yandırılmasını çəkən zaman ətraflarına bir neçə gənc toplaşıb. Jurnalist döyülüb, operatorun avadanlıqları da götürülüb".

Bu siyahıda azərbaycanlı jurnalistlər də var. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Televiziyasının (AzTV) çəkiliş qrupuna Paris ətrafında hücum edilib, nəticədə müxbir və operator yüngül xəsarət alıb. Hücum edənlər kameranı operatorun əlindən alıblar. Əməkdaşlar kameranın geri qaytarılmasını tələb etdikdə onlar silahla hədələniblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 01 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri

Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl

02.11.2026 226
.

ZƏFƏR GÜNÜ - MİLLİ İRADƏNİN, TARİXİ ƏDALƏTİN VƏ AZƏRBAYCANÇILIQ RUHUNUN TƏNTƏNƏSİ

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşına, dövlətçilik düşüncəsinə və tarixi kimliyinə də mühüm təsir göstərir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü xalqımızın taleyində bel

02.11.2026 237
.

Zəfər Günü və Şuşa - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ, milli iradənin və tarixi ədalətin təntənəsi

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad olunması təkcə hərbi qələbə kimi deyil, dövlətçilik tariximizin, milli özünüdərkin və geosiyasi mövqeyimizin dəyişməsinə səbəb olan fundamental hadisələr kimi qiymətləndirilməlidir. Bu tarixi hadisələr Azərbaycan xalqının onilliklər ərzində daşıdığ

02.11.2026 263
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 159
.

Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir

Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda

02.11.2026 260
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 432
.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

02.11.2026 264
.

Rejissor özünü güllələdi

Amerikalı tanınmış kinorejissor, ssenarist və prodüser Maykl Mann təsadüfən özünü güllələyib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib. 83 yaşlı rejissor məşq zamanı silahını qobura yerləşdirərkən təsadüfən atəş açılıb. Nəticədə Man

02.11.2026 214
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ YENİ REALLIQLARIN FORMALAŞMASI

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın işğaldan azad olunması xalqın milli iradəsinin, dövlətin siyasi qətiyyətinin və ordunun hərbi qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. Bu hadisələrin əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi nailiyyətlə məhdudlaşmır. Zəfə

02.11.2026 240
.