Şadlıq saraylarında toylar niyə azalıb? - VİDEO
Doğrudan da xalqımızın toy kimi bir adəti var, son illərdə isə bu adət əməlli-başlı böyük biznesə çevrilib.
BiG.AZ APA TV-yə istinadla bildirir ki, ancaq pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər toylardan da yan keçmədi. Əslində "pandemiya ənənəvi toy adətini dəyişdi" desək, bəlkə də yalan olmaz. Belə ki, pandemiyadan əvvəl vətəndaşlar 400-500 nəfərlə şadlıq edirdilərsə, pandemiyadan sonra toy ənənəsinə münasibət bir qədər dəyişib. "Covid" dövründə insanlar gördülər ki, daha kiçik formada, ən yaxınlarıyla şadlıq təşkil edə, yeyib-içə, əylənə bilərlər. Bu yanaşma və münasibət, istehlakçı davranışındakı bu dəyişikliklər şadlıq sarayı sahiblərinə, toy biznesinə ciddi təsir göstərib.
İnzibatçı deyir ki, əvvəllər bir ayda 20-23 toy mərasimi təşkil edilirdisə, hazırda bu say 50 faizə düşüb. Bundan başqa insanlar toylarını artıq restoranlarda da edirlər.
Söhbətləşdiyimiz inzibatçılar bildirir ki, toylarda adamların azlığına səbəb kimi təkcə pandemiyanı yox, həm də qida məhsullarının qiymətlərinin artımını da göstərmək olar.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Xalid Kərimli deyir ki, sahibkar bazardakı ola biləcək bütün riskləri nəzərə alaraq hərəkət etməlidir.
İqtisadçı deyir ki, şadlıq saraylarının hansının ayaqda qala biləcəyini rəqabət və sahibkarların viziyonu, məsələyə münasibəti müəyyənləşdirəcək. Yəni işini daha yaxşı görən, vəziyyəti düzgün qiymətləndirib doğru bazar strategiyası həyata keçirən sahibkarlar bazarda qalacaq. Digərləri isə fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar.
Pandemiyanın xüsusi karantin rejiminin şadlıq saraylarına vurduğu ziyanın böyük həcmdə olması danılmazdır. Amma bu məhdudiyyətlər cəmiyyətdə müasir toy təfəkkürünün formalaşdırdı. Çünki insanlar gördü ki daha az adamın iştirakı ilə də toy edib, səadətə qovuşmaq mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 821 Tarix: 30 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089