"Hansısa bir aksiyada media nümayəndələrinə qarşı kobudluq yol verilməzdir" – Qulu Məhərrəmli
Fransanın Nanter şəhərində 17 yaşlı Əlcəzair əsilli gənci polis güllələyərək öldürüb. Buna etiraz olaraq insanlar aksiya kecirib.
Etiraz aksiyasında çəkiliş aparan Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin əməkdaşları hücuma məruz qalıblar. Nəticədə müxbir və operator xəsarət alıb.
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına qarşı törədilən hücum cəmiyyətdə heç də bir mənalı qarşılanmayıb.
Biz də BiG.AZ olaraq baş verən insidentlə bağlı Əməkdar jurnalist Qulu Məhərrəmli ilə əlaqə saxlayaraq fikirlərini öyrəndik:
"Demokratik ölkələrin hamısında insanların sərbəst toplaşmaq, öz fikirlərini azad şəkildə ifadə etmək, nələrəsə etiraz etmək hüquqları var. Fransa buna çox gözəl nümunədir. Artıq neçə illərdir orada müxtəlif xarakterli etiraz aksiyaları keçirilir və bunlar bütün dünyanın gözü qarşısında baş verir.
Hər hansısa bir aksiyada media nümayəndələrinə qarşı kobudluq yol verilməzdir. Birinci növbədə Fransada hər hansısa bir ölkənin media nümayəndəsi varsa o orada akkreditasiyadan keçir, hüquqları tanınır, yerli media qrumları kimi onun da bütün tədbirləri işiqlandırmaq hüququ var. Hesab edirəm ki,əgər bunlar baş veribsə və Fransa polisi AzTV - nin əməkdaşlarına qarşı kobudluq nümayiş edilibsə məsələ ilə bağlı ciddi tədbir görülməlidir. Nəzərə alınmalıdır ki, indiki halda hər hansısa tədbiri işıqlandıran digər ölkənin əməkdaşı, Fransanın əməkdaşı ilə eyni hüquqlara malikdir. Onlara necə şərait yaradılırsa digərlərinə də eyni şərait yaradılmalıdır."
Qeyd edək ki, məsələ ilə bağlı bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Fransa Xarici İşlər Nazirliyinə nota göndəriləcək" deyə açıqlamasında bildirib.
Ülkər Rəhmanqızı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 787 Tarix: 29 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089