Yeniyetmə övladı olan analar üçün

Yeniyetmə övladı olan analar üçünYeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir.
Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır.
"Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik.
Tənqiddə simic, tərifdə cömərd olun
Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar.
Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar.
Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər.
Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır.

Fərqli olduqlarını qəbul edin
Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq.
Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın
Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər.

Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir.
Hər zaman yaxşı dostları olmayacağını bilin
Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur.
Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq.
Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1259   Tarix: 23 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 617
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 364
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 194
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 422
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 336
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 560
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 328
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 350
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 350
.