Aşiq olanda bədənimizdə nələr baş verir

Aşiq olanda bədənimizdə nələr baş verirİnsan aşiq olan zaman iştahasının itməsi və ya xəstələnməsi normaldır. Bu, bir insandan xoşlandığını bildirən siqnallardır. Stress hormonu kortizolun mədədəki qan damarlarını büzüşdürməsini eşq xəstəliyi olaraq adlandırmaq mümkündür. Bu narahatedici vəziyyət çox zaman qarşıdakı insanın yanında özünü daha rahat hiss etməyə başladıqdan sonra zamanla öz-özünə ortaya çıxır.

Güc hissi
Uşaqlarını əzən maşını qaldırma gücünə malik olan analar haqqında eşitmisiniz? Eşq və qorxu hissinin birləşməsi fövqəladə vəziyyətlərdə qəfildən insanda təsəvvür edilməyəcək gücə yol açır. Hissi qüvvə adlandırılan bu fenomenin elmi baxımdan araşdırılması demək olar ki, imkansızdır. Çünki araşdırmalar zamanı bu fövqəladə vəziyyətlərin təqlidi çox çətindir. Bu hissi gücü təcrübədən keçirənlər isə sadəcə yeniyetmələr deyil, eyni zamanda, aşiq olan bütün insanlar bu insandan üstün olan gücü hiss edir. Aşiq olan zaman ifraz edilən oksitosin hormonu fiziki ağrıya qarşı dözümlülüyün də artmasına səbəb ola bilər.
Gözlərini ondan ayırmamaq
İş stolunda və ya telefonunda sevdiyin insanın şəklinin olması təsadüfi deyil. Sevdiyin insanın üzünə baxma arzusu beyindəki dopamin ifraz edilməsindən qaynaqlanır. Beyində baş verən bu təsir kokain ilə eynidir. Çünki o da içki həzzi ilə bağlı arzu təsirini oyadır. Başqa sözlə desək, tətildə olan zaman çəkdirdiyiniz fotoya baxdıqda enerji yenidən qaynaqlanır və arzu həyata keçmiş kimi bir xoşbəxt hiss yaranır.
Səs yüksəlməsi
İlk "vurulma" mərhələsini keçdikdən sonra həmin insana olan bağlılıq və sədaqət yaranır, get-gedə dərinləşir. Bununla bağlı olaraq bədəndə insanın özündən asılı olmayaraq səs tembrinin yüksəlməsi kimi dəyişiklik baş verir. Araşdırmalar sübut edib ki, fiziki olaraq təsirləndiyin kişi ilə danışan zaman qadınların səs tonları daha yüksək və xanımsayağı olur.

Yanında olmayanda təlaşlanmaq
Qısa və ya uzun müddət sevdiyin insandan ayrı qaldıqda onun yoxluğu hiss edilir. Bu zaman kortikotropin səviyyəsi yüksəlir, buna bağlı olaraq da depressiya və narahatlıq əlamətləri yaranır. Uzun məsafədə münasibətləri olan cütlüklər bu mənfi hallarla mübarizə aparmalıdırlar.
Hormonlar qarışır
Münasibətlərin mehriban vaxtlarında hormonlar darmadağın olur. Həm qadın, həm də kişilərdə kortizol hormonu yüksəlir. Qadınlarda testosteron səviyyəsi yüksəlir, kişilərdə isə aşağı düşür.
Ürək qırılması
Araşdırmalar sübut edib ki, qəlb qırılma halı ölümə də səbəb ola bilər. Tibdə buna stressə bağlı olan kardiomiyopatiya deyilir. Bu zaman insan həssas stress təzyiqinə məruz qalır və bu halda dünyanın ən sağlam insanı belə, ürəyi ilə problem yaşaya bilər. Bu simptomlar infarktla oxşardır. Ürək qırılması sindromu ürəyə zərər verdiyi kimi, nadir hallarda ölümə də səbəb ola bilər. Bu cür vəziyyət çox hallarda müalicə edilir.
Cinsi istək
Münasibətin ilk vaxtlarında cütlüklər bir-birilərinə qarşı çox diqqətli və qayğıkeş olurlar. Lakin bu, uzun müddət davam etmir. Xüsusən də qadınlar üçün bu, elə də asan deyil. Kişilər və qadınlar üzərində aparılan araşdırmalar sübut edib ki, kişilərin cinsi istəyi uzun müddət özünü göstərir, qadınlarda isə bir müddətdən sonra bu nisbət azalmağa başlayır. Əgər libidonun vaxt keçdikcə aşağı düşdüyünü hiss edirsinizsə, bununla bağlı filmlərə baxmaq məsləhətdir.
Kökəlmək
"Ailə qurduqdan sonra kökəldi" fikrinə tez-tez rast gəlinir. Xoşbəxt münasibəti olan insanların kökəlməsi mümkündür. Araşdırmalar göstərib ki, ailə həyatı insanları kökəlməyə meylli edir. Başqa bir araşdırma isə sübut edib ki, ailə qurduqdan sonra qadınlar daha yağlı yeməklər və şirniyyatla qidalanmağa başlayırlar. Hətta ailə qurduqları ilk 5 ildə qadınların 10 kiloya yaxın kökəldiyi bildirilir.
Ömrü uzadır
Sevdiyiniz insan üzüyü barmağınıza taxdığı vaxt sizin ömrünüz uzanır. Amerika universitetlərindən birinin araşdırmaları sübut edib ki, 40 yaşına ailəli olaraq daxil olan insanların erkən ölüm riski ailəsi olmayan və ya boşanmışlara nisbətən daha azdır. Bununla yanaşı, ailəsi olan kişi və qadınların ürəklərinin daha dözümlü olduğu müəyyənləşib. Xüsusən də kişilərin ürəyi daha sağlam olur və damar xəstəlikləri riski 5 faiz aşağı düşür.
Yuxu problemi
Ola bilər ki, onu düşündüyünüz üçün yuxunuz qaçır, yata bilmirsiniz. Yeniyetmələr arasında aparılan araşdırmalar sübut edib ki, aşıq olan zaman yaranan ilk eyforiya halında insan özünü səhərlər və axşamlar daha enerjili, pozitiv hiss edir. Bunun nəticəsində isə yatmaq çətinləşir. Bundan başqa, hormonlarda yaranan inkişaf gün ərzində görülən işlərə adaptasiya olmağı da çətinləşdirir.
İlham gəlir
Yazıçıların çoxu ilham qaynağı olaraq depressiyanı göstərsələr də, araşdırmalar sübut edib ki, insan sevən və sevilən müddətdə yaradıcılığının ən yüksək zirvəsində olur. Bunun səbəbi isə aşiq olan insanların çoxunun uzun zaman kəsimlərinə konsentrasiya olmaq, layihələri və ehtiraslarına qarşı bütöv bir yanaşma mənimsəmələri və məqsədə çatma üsullarını dəyişmələridir. Başqa sözlə desək, eşq xəyal gücünü genişləndirir.
Xroniki ağrılar azalır
Sevgi münasibətləri xroniki xəstəliklərə qarşı yaxşı təsirə malikdir. Dərin sevgi hissləri beyində ağrıkəsici fəaliyyəti göstərən bölgələri hərəkətə gətirir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 909   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 617
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 364
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 194
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 422
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 336
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 560
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 328
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 350
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 350
.