Bakıda yanğınla nəticələnən partlayış olub, beş nəfər xəsarət alıb – FOTO/VİDEO
Bakıda yanğınla nəticələnən partlayış olub, beş nəfər xəsarət alıb.
Bu barədə BiG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1690 Tarix: 18 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
17:27 43 MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib
11:47 221 Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma
02.11.2026 421 Quru sərhədlər bağlı, aviabiletlər baha: Vətəndaşlar çıxış yolu axtarır
Quru sərhədlərin bağlı olduğu bir şəraitdə aviabiletlərin sürətlə bahalaşması vətəndaşların xaricə səfər imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Belə vəziyyətdə insanlar xarici ölkələrə getmək üçün əsasən hava nəqliyyatından istifadə etməyə məcbur qalırlar. Alternativ nəqliyyat imkanlarının məhdudluğ
14:22 223 Çay paketlərinin təhlükələri: ARAŞDIRMANIN nəticələri
Paket çaylar gündəlik həyatda ən çox istifadə edilən içkilərdən biri olsa da, alimlər onların sağlamlıq üçün potensial təhlükələri barədə xəbərdarlıq ediblər. Yeni araşdırma göstərib ki, bəzi çay paketləri isti su ilə təmas zamanı içkiyə minlərlə mikroplastik hissəcik buraxa bilər. xarici mediaya istinadl
02.11.2026 361 Avropada yeni etiraz dalğası: Z nəsli siyasi sistemə meydan oxuyur
Avropanın bir sıra ölkələrində etiraz aksiyaları geniş vüsət alıb. Bu prosesdə aparıcı qüvvə isə əsasən gənclər, daha dəqiq desək, "Z" nəslinin nümayəndələridir. Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər ölkələrdə küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirə
14:46 196 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 481 Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind
02.11.2026 369 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
12:07 233