Svyatoslav Andrianov: "Almaniya ümumavropa siyasətinə uyğun hərəkət edir, Fransa isə öz oyununu oynayır"
"Almaniya özünü Fransa kimi aparmaq iqtidarında deyil və belə bir niyyəti də yoxdur".
Bu sözləri Beynəlxalq Siyasi Analiz və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov Oxu.Az-a müsahibəsində deyib.
"Son yarım il ərzində müşahidə edirik ki, Paris Avropa siyasətinə uyğun davranmaqla yanaşı öz ayrıca oyununu da oynayır. Elə bu yaxınlarda Berlində yeni milli təhlükəsizlik strategiyasına həsr olunmuş ekspert diskussiyaları zamanı yüksək səviyyəli ekspertlər qeyd etdilər ki, Almaniya özünü Fransa kimi aparmaq iqtidarında deyil və belə bir niyyəti də yoxdur. Əgər Paris Avropa İttifaqının ümumi konyunkturasından fərqlənən öz oyunu ilə, məsələn, Çin treki ilə məşğuldursa, bu halda onların digər istiqamətlərdə də potensial olaraq eyni davranmaları ehtimalı yüksəkdir", - deyə o qeyd edib.
"Amma İranın Ermənistana böyük təsirini, Ermənistan-Azərbaycan nizamlanmasında marağını və Tehranın İrəvana verdiyi dəstəyi də qeyd etmək istərdim. Beləliklə, təkcə Fransa deyil, qlobal qarşıdurmada iştirak edən digər oyunçular da mövcuddur ki, onların öz maraqları var və təbii ki, son təxribatların arxasında da onların dayanmaları mümkündür", - deyə Svyatoslav Andrianov əlavə edib.
Onun sözlərinə görə, Moskvaya gəlincə, xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə - red.) lakmus kağızı kimi Ermənistanın Rusiyaya olan əsl münasibətini göstərib. "Nikol Paşinyanın Ermənistanın tərəfdaşı və müttəfiqi olan Rusiyanın dəstəyi ilə bağlı sözlərinə baxmayaraq, İrəvan köklü şəkildə fərqli davranış nümayiş etdirir. Amma eyni zamanda Ermənistan tərəfi şikayət də edir ki, Moskva Azərbaycanla qarşıdurmada onlara zəif dəstək verir", - deyə Andrianov vurğulayıb.
Svyatoslav Andrianov Avropada, xüsusilə də Almaniyada Parisin aşkar şəkildə Ermənistanı dəstəkləməsinə yanaşma, eləcə də Fransa Prezidenti Makronun iştirak etmək arzusunda olduğu nizamlanma prosesində belə bir yanaşmanın müsbət və obyektiv qiymətləndirilməsinin mümkünlüyü barədə də fikrini bildirib. O hesab edir ki, Berlin bu istiqamətdə ümumavropa siyasətinə uyğun hərəkət edir. "Fransa isə öz oyununu oynayır və onun rolu hər kəsə aydındır. Nizamlanma prosesində iştirak edən ölkənin tərəflərdən birinin mövqeyini tutması mümkündürmü? Əlbəttə, yox. Paris hər iki tərəfin maraqlarını nəzərə almalıdır", - deyə o vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 569 Tarix: 18 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampdan İranla bağlı yeni açıqlama: Daha iki obyekt hədəfə alına bilər
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq-Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkünlüyündən danışıb. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Tramp bildirib ki, ABŞ İslam Respublikasını
10:45 249 Ürək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 479 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
02.11.2026 359 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
12:07 235 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
15:02 196 Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy
02.11.2026 431 Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı və Azərbaycanın tarixi missiyasının təntənəsi
Böyük Qayıdış Azərbaycanın müasir tarixində ən mühüm dövlət proqramlarından və strateji hədəflərindən biridir. Bu proses yalnız uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəldilməsi və işğaldan azad edilmi
17:10 76 Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib
Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"
02.11.2026 410 Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
02.11.2026 404