Gədəbəydə qətl törədən hərbçi ilə bağlı qərar verildi
Mayın 27-də Gədəbəyin Novosaratovka kəndi kafedə qətl törədən hərbçi barədə həbs-qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğun Mətbuat katibi Firad Əliyev BiG.AZ-a bildirib ki, müddətdən artıq hərbi qulluqçusu Elpərəs İbrahimov barəsində Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib: "İstintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq. Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilib. Bundan başqa, istintaq zamanı, Teymurun qardaşı Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. S.Tapdıqova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilib. Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək".
Qeyd edək ki, hadisənin qadın üstündə yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 855 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkram Kərimov vəfat etdi
Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib. xəbər verir ki, bu barədə E-hüquq.az məlumat yayıb. O, 84 yaşında dünyasını dəyişib
11:36 182 HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı
İsrail tərəfindən hərbi əməliyyatlar və hücumlar dayandırılacağı təqdirdə HƏMAS tərk-silah prosesinə başlayacaq. xəbər verir ki, Fələstin hərəkatının nümayəndələri bunu "RİA Novosti"yə müsahibələrində səsləndiriblər. "Hərbi toqquşmaların və İsrail hücumlarının başa çatması razılaşdırılmı
11:15 142 Kulevi terminalı 2026-cı ildən Rusiyadan kənar xam neft emalına tam keçəcək
Gürcüstan ərazisindəki Kulevi Neft Terminalının operatoru olan "Black Sea Petroleum" şirkəti xam neft təchizatının diversifikasiyası yönündə işlərini davam etdirdiyini elan edib. "Report"un Gürcüstan bürosu şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Kulevi Neft Emalı Zavod
10:30 141 Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ
Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra
11:42 322 Nəhəng piton 44 yaşlı qadını uddu, əri ilanın başını kəsdi
İndoneziyada nəhəng piton 44 yaşlı Elizabet Yamalauya hücum edərək onu udub. Qadının həyat yoldaşı onu ilanın ağzında tapsa da, artıq gec olub. xarici KİV-ə istinadla bildirir ki, hadisə qadının günorta saatlarında ailəsinə məxsus bağa getməsindən sonra baş verib. Təxminən üç saat keçməsinə baxmayaraq
15:20 228 Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində qar uçqunu nəticəsində həlak olub. "Report" xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı N.Purja ilə birlikdə digər 9 dağçının da meyiti tapılıb. N.Purj
13:00 145 İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
Gələcək müharibələr informasiya, kosmik texnologiya və müdafiə iqtisadiyyatı sahəsindəki üstünlüyə əsaslanacaq. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Sərdar İbn ər-Rza müdafiə sənayesi alimləri ilə görüş zamanı deyib
16:00 118 Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib. "Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal"
11:45 130 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17.3 faiz artaraq 9 milyard 902 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu məbləğin 8 milyard 575 milyon manatı, yaxud 86.6 faizi elektron ticarətin payına düşüb. Məlumat
17:40 58