Peru mətbuatında erməni yalanları ifşa edilib
Perunun ən nüfuzlu qəzetlərindən olan "El Comercio"da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun erməni yalanlarını tam ifşa edən "Yalanlar etimad və sülhə yardım edə bilməz" adlı ətraflı məqaləsi dərc olunub.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Erməni səfirinin həmin nəşrə verdiyi müsahibəsindəki iftira və yalanlarına cavab olaraq qələmə alınmış məqalədə regionun tarixi və burada cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib. Azərbaycanın əzəli torpağı olan Qarabağın beynəlxalq ictimaiyyət, o cümlədən Peru tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanındığı, bundan əlavə, tarixən azərbaycanlıların yaşadıqları Zəngəzur, Basarkeçər, Göyçə kimi ərazilərdə onillərdir milli-mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılıb silinməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi oxucuların diqqətinə çatdırılıb.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü, işğalçılıq siyasətinin ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş soyqırımı, çoxsaylı dəhşətli müharibə cinayətləri, həyata keçirdikləri etnik təmizləmələr barədə geniş məlumat yer alıb. Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin insanlığa qarşı bu amansız cinayətləri törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməklə təcavüzkar siyasətlərinə bəraət qazandırmağa cəhd etdikləri vurğulanıb.
Eyni zamanda, Azərbaycanın erməni terrorunun ağır fəsadları ilə qarşılaşmasına baxmayaraq, keçdiyi uğurlu siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Burada ən böyük çətinliklərdən birinin erməni təcavüzkarları tərəfindən həmin torpaqlarda işğal zamanı yüz minlərlə minanın basdırılması və bunun yüzlərlə həmvətənimizin həyatlarını itirmələrinə səbəb olduğu bildirilib.
Monoetnik Ermənistandan fərqli olaraq, tarixən multikulturalizm dəyərlərinə səmimi bağlılığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlara və dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.
Yazıda Laçın yolunun bağlanması və erməni sakinlərin guya "blokada"ya alınması ilə bağlı erməni yalanlarına aydınlıq gətirən səfir M.Talıbov bu iddiaların tamamilə əsassız olduğunu faktlarla sübut edib, nəqliyyat vasitələrinin həmin yoldan sərbəst şəkildə istifadə etdiyi barədə məlumat verib. Qeyd edilib ki, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni silah, sursat və erməni hərbçi heyətinin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi təsis edib. Diplomat həmin məntəqənin fəaliyyətindən, onun beynəlxalq sərhəddə şəffaflıq, burada sülh və sabitliyə xidmət etməsindən danışıb.
Məqalədə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və sülh sazişi üzrə danışıqlar barədə ətraflı məlumat verilib, sülh üçün yeganə yolun Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regiondakı kommunikasıyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, Ermənistanın isə ərazi iddialarından əl çəkməsi olduğu vurğulanıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 536 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi
Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay
03.11.2026 214 Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
03.11.2026 229 Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və dövlətçilik əzminin təntənəsi
Azərbaycan tarixinin ən şanlı və taleyüklü səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcəyə yönəlmiş strateji hədəflərində xüsusi yer tutur. Bu iki əlamətdar gün təkcə hərbi qələbənin və tarixi şəhərin azad edilməsini
03.11.2026 200 MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib
03.11.2026 238 Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala
03.11.2026 202 Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo
03.11.2026 1 İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
03.11.2026 260 Polisə atəş açan hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayə
03.11.2026 1 Almaniyalı nazir Əbu-Dabidəki danışıqlardan gözləntilərini açıqladı
Almaniyanın müdafiə naziri Boris Pistorius Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan növbəti üçtərəfli danışıqların nəticələrinə şübhə ilə yanaşdığını bildirib. xəbər verir ki, bu barədə Reuters agentliyi nazirin açıqlamasına istinadən məlumat yayıb. "Son illərin təcrübəsinə əsaslanaraq
03.11.2026 231