Kürdəmirdə baş verən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB

Kürdəmirdə baş verən qətlin təfərrüatı məlum olub - YENİLƏNİBKürdəmirdə baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə "Makarov" tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.

Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini, hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna "Makarov" tipli tapança ilə üç güllə xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan "Makarov" tapançası aşkar olunaraq götürülüb.

Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlmişdi.

09:53

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun 69-cu məhəlləsində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna tapança ilə iki dəfə atəş açıb.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və o, əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1488   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şakira adasını satışa çıxardı

Dünyaca məşhur müğənni Şakira Baham adalarındakı Bonds Cay adasını satışa çıxarıb. xəbər verir ki, məşhur sənətçi adanı 2006-cı ildə 16 milyon dollara almışdı. Hazırda dəyəri 30 milyon dollar olan adanın yeri və xüsusiyyətləri diqqəti cəlb edib və onu satmaq qərarı daşınmaz əmlak bazarında ajiotaj yaradı

10.02.2026 430
.

Niderland ordusu Ukrayna missiyasına hazır olduğunu açıqlayıb

Qərar qəbul ediləcəyi təqdirdə, Niderland Silahlı Qüvvələri Ukraynadakı beynəlxalq missiyada iştirak edə bilər. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderland Silahlı Qüvvələrinin Baş Komandanı Onno Eichelsheim "Defensiekrant" qəzetinə verdiyi müsahibədə açıqlama verib. Genera

10.02.2026 287
.

ABŞ İrana dörd şərt qoyub! "Əgər qəbul edilməsə, hücuma keçəcəyik"

İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandir müavini vəzifəsini icra edən Əziz Qəzənfəri ABŞ-ın Oman danışıqlarından əvvəl İrana dörd şərt təqdim etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Qazanferi şərtlər qəbul edilməsə, hücumla hədələndiklərini bildirib. İran İnqila

10.02.2026 390
.

Vardanyana hökm oxunacaq - Hakimlər müşavirəyə getdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da dava

10.02.2026 322
.

"Səidə Sultan tənbəldir"

"Hiss dayanmır, işləyir. Həftəyə Hissin bir mahnısı gəlir. Səidə tənbəldir. Səsi bambaşqadır. Amma tənbəldir". Axşam.az xəbər verir ki, bu sözləri Çiçək ləqəbli aparıcı Şəhla Vakkas "Rəngarəng" proqramında deyib. O, müğənni Səidə Sultanı tənbəl adlandırıb. Aparıcıları tənqid edə

10.02.2026 439
.

"Səni canım bahasına istəmişdim..."

Aparıcı Vüsalə Əlizadə qızı Diləyin doğum gününü təbrik edib. OLAY yazır ki, sosial media hesabında bununla bağlı paylaşım edən sənətçi qızına arzularını dilə gətirib:. "Bu gün həyatımda qızıl hərflərlə yazılan möcüzə gün, 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün. Dünyama gəlişin həya

10.02.2026 758
.

Minimum əməkhaqqı artır, amma əhalinin cibinə təsiri o qədər də hiss olunmur

"Hər il minimum əməkhaqqının artırılması həm iqtisadi, həm də sosial baxımdan diqqət çəkir, amma əhalinin rifahına təsiri hələ ki məhduddur". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O, qeyd edib ki, rayonlar xaricində işləmək istəyənlərin sayı çox azdır, əsas fokus is

10.02.2026 2002
.

"Azərbaycanfilm"də 15 nəfər işdən çıxarıldı

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən azad edilib. -ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib. Bildirilib ki, aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyəti

10.02.2026 369
.

72 yaşlı kişi çəkiclə 5 nəfəri öldürdü - DƏHŞƏT

Ukraynanın Rovno vilayətində qətliam olub. xarici mediaya istinadla bildirir ki, hadisə səhər tezdən Sudobiçi kəndində yerləşən, köçkünlərin məskunlaşdığı keçmiş məktəb binasında baş verib. Mübahisə zamanı Donetsk vilayətindən olan 72 yaşlı kişi çəkic və balta ilə qonşularını öldürüb. Həlak olanlar arasınd

10.02.2026 451
.

TOP MP3