Deputatdan rus dili tədrisinə etiraz: "25 yaşdan cavan qızları ..."
Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı övladlarına rus dilli təhsil verən valideynlərə və işə götürənlərin mütləq rus dili tələb etməsinə etiraz edib.
BiG.AZ xəbər verir ki, Söz.az-a müsahibə verən millət vəkili həmin şəxsləri sərt şəkildə tənqid edib:
"Bu, anormal bir yanaşmadır və o məmurların, işə götürən insanların psixoloji cəhətdən xəstəliyinin əlamətidir. Bu insanlar normal vətəndaş şüurundan, təfəkküründən məhrumdurlar.
Onlar öz vətənində işə götürülən insanların ana dilini mükəmməl bilməsini soruşmaq əvəzinə, ingilis və rus dilini necə bildiyini soruşurlar. Sən öz dilinin keşiyini çəkməlisən.
O təfəkkür sahibləri var ki, ancaq 25 yaşdan cavan qızları işə götürür. 25 yaşlı adam işi nə bilir? Yetişmiş, təcrübəli 30-35-40 yaşlı şəxslər var, onlar niyə işləməsin? Hansı ağılla, hansı əxlaqla ancaq gənc uşaqları axtarırsan? Aparıb orada onun əxlaqını pozacaqsan, tamam ayrı psixologiya ilə böyüməsini istəyirsən?! Belə olmaz! Bunu açıq danışmaq lazımdır.
Niyə 25 yaşa qədər qız axtarırsan? Niyə peşəkar axtarmırsan? Niyə öz dilini mükəmməl biləni axtarmırsan? Şirkətdə 4-5 nəfər ingilis dili bilən varsa, kifayətdir, bütün şirkətdən ingilis dili biliyi tələb etmək anormaldır.
Rus məktəblərində oxuyan azərbaycanlı uşaqların danışıq dili ancaq küçə, bazar, ev dilidir, ədəbi dil deyil. Biz müstəqil bir dövlətik, müstəqilliyə və qanunlarımıza hörmət etmək lazımdır".
S.Rüstəmxanlı həmin valideynləri qınaq atəşinə tutub:
"Əgər valideynlər belə həvəslə uşaqlarını rus məktəblərinə qoyurlarsa, onda belə çıxır ki, bu uşaqları Rusiya üçün hazırlayırlar. Milli Məclisdə rusca danışan yoxdur, hamı azərbaycanca danışır. Rusca danışan, dili təmiz bilməyənlər də ümumiyyətlə danışmırlar.
5 il orada otururlar, amma danışmırlar. Yəni sən uşağını rusca oxudursansa, ya onu Rusiya üçün hazırlayırsan, ya da müstəqilliyi müvəqqəti sayırsan, öz gələcəyinə inamın yoxdur, təzədən Rusiyanı bura gətirməyi düşünürsən, fikirləşirsən ki, keçmiş SSSRİ bərpa olunacaq və ruslar bura gələcək.
Bir azdan həmin adamlar tələb edəcək ki, Azərbaycanda ikinci dövlət dili rus dili olsun. Bu qədər qan tökülüb, bu qədər mübarizə aparılıb, müstəqillik qazanana qədər bu millət can çəkişib. İndi niyə bunu başqalarının ayaqları altına atmışınız?!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1161 Tarix: 07 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib
03.11.2026 248 "ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ OXUYANLAR AZALACAQ"
2026-2027-ci tədris ilində özəl ümumtəhsil müəssisələrində təhsil haqqı artıb. Araşdırmalara görə, keçən illə müqayisədə illik təhsil haqqında 100-200 manat bahalaşma var. Məsələn, Bakı Modern Təhsil Kompleksi I-IV siniflərdə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.00 manat, ingilis bölməsi üçü
03.11.2026 346 Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala
03.11.2026 258 Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
03.11.2026 486 Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikas
03.11.2026 276 Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə
03.11.2026 257 ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric
03.11.2026 292 Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
03.11.2026 258 Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb
Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd
03.11.2026 264