"Qaraca qız" filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram..."

"Qaraca qız" filmini göz yaşları içində izləyirəm, Tutunun taleyinə yanıram...""Mən aktrisa deyiləm. Aktrisa olsaydım gündəmdə qalmaq üçün efirə çıxardım, müsahibə verərdim. Uzun illər Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətə məşğul olmuşam. Efirə çıxmağı ümumiyyətlə xoşlamıram. Kimdəsə nəsə məqsəd olur ki, efirə çıxır. Bir filmdə çəkilmişəm, bununla da hər şey bitib. Həmişə zəng edirlər, dəvət edirlər. Vallah istəmirəm. Mənə deyirlər ki, siz niyə qapalısınız? Deyirəm ki, qapalı deyiləm, normal həyat yaşayıram. Gedirəm də, gəlirəm də, şəhərə də çıxıram".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Qaraca qız" filmində Tutu obrazını oynayan Sevil Zeynalova deyib. O sonradan filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb.

"Filmi göz yaşlarım içində izləyirəm. Elə baxıram ki, sanki o mən deyiləm. Tutunun taleyinə yanıram. Tutunun taleyi acı, ürəyi isə böyükdür. Bu filmdən sonra çox dəvətlərim oldu. Atam dedi ki, "bir dəfə çəkildin, bəsdir". O məni bu sahədən uzaqlaşdırdı" deyə o bildirib.

Aktrisa Pəricahan rolunun ifaçısı Şəfiqə Məmmədovanın ona filmdə şillə vurmasına da aydınlıq gətirib.

"Şəfiqə Məmmədovadan tələb etdilər ki, mənə şillə vursun. O dedi ki, Sevilə əlimi vura bilmərəm. Filmdəki o hissəni montaj etdilər. Şəfiqə xanım kamera qarşısına yaxınlaşır, əlini mənə uzadır. Dodağım üçün qrimdən istifadə etdilər. O məni qətiyyən vurmayıb, belə bir şey olmayıb" deyə o bildirib.

Müsahibimiz müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən də danışıb.

"Uşaq filmlərinin çəkilməməsi məni çox üzür. Əlbəttə ki, buna çox təəssüflənirəm. Uşaq filmləri vacibdir, mütləq çəkilməlidir. Bizim vaxtımızda çox idi. Sırf uşaq filmləri olmasa da, uşaqlara da orada rollar verilirdi. Məsələn, "Ögey ana", "Şərikli çörək" və s. filmlər uşaq filmi deyil, amma görürsünüzmü orada nə qədər uşaq qəhrəmanları var? "Asif, Vasif, Ağasif", "Şir evdən getdi" filmləri sırf uşaqlar üçün çəkilib. Böyük filmlərində belə uşaqları qabartmaq olar. Bu da rejissordan, ssenaridən asılıdır. Rejissorun əlində ssenari olmalıdır ki, onu çəkə bilsin. Görünür ki, ssenarilər ləng olub, yazanlar yoxdur" deyə Sevil Zeynalova deyib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1782   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.