"Atamla anamın gözəl səsi olub, Aybənizlə mən valideynlərimizdən bəhrələnmişik"

"Atamla anamın gözəl səsi olub, Aybənizlə mən valideynlərimizdən bəhrələnmişik""Dünəndən etibarən doğum günü təbrikləri alıram. O qədər xoşbəxt oldum ki. Özüm də başa düşmədim ki, iyunun 1-də doğulmuşam yoxsa 2-si?! Həmişə doğum günlərimdə ağlayırdım. Bu həm də sevinc göz yaşları idi. Xalqımıza çox minnətdaram. Onların qarşısında hər zaman özümü borclu hesab edirəm. Bu sevgi qarşısında düşünürəm ki, mən hələ heç nə etməmişəm. Çox xidmət etməliyəm ki, xalqın bu etimadına layiq olam. Son nəfəsimə qədər, Allah imkan versə canlı oxuyacam. Necə ki, hər zaman canlı oxuyuram. Səsim olsa da, olmasa da xalqımın, dövlətimin yanındayam. Allah ölkəmizi, ölkə başçımızı, vətənimizi yaşatsın. Şəhidlərimizin ruhu şad olsun ki, onlar torpağımızı işğaldan azad etdi".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Şahnaz Haşımova deyib. O uşaqlıq illərini xatırlayıb.

"Uşaq olanda atam həmişə başımın üstündə saz çalıb, oxuyub. Şeirlərini söyləyib. O lay-lay ilə, şeirlərlə böyümüşəm. Anamın da gözəl səsi olub. Ev işləri görəndə həmişə oxuyurdu. Aybəniz xanımla mənim səsim valideynlərimizdən bəhrələnib. 6 yaşım var idi, Zeynəb xanımı və digər sənətkarları televizorda görəndə, uzun saçlarım var idi, saçımı hörə-hörə oxuyurdum. İlk dəfə "Ceyran" mahnısını oxumuşam. Bütün yaradıcı ömrümü Gəncənin mədəni mühitində keçirmişəm. Bu gün də Gəncədə yaşayıb, yaradıram. Gəncədən heç vaxt ayrılıb, Bakıya gedə bilmədim. Gəncə Musiqi kollekcində dərs deyirəm, tələbələr yetişdirirəm. Bakıya gəlməyimlə bağlı çox dəvətlər gəlib, amma getməmişəm. Hətta o illərdə Opera və Balet teatrına da dəvət almışdım, amma getmədim. "Leyli və Məcnun" əsərini 1980-ci illərdə hazırlayıb, Leyli obrazında səhnəyə çıxdım" deyə sənətkar bildirib.

Sənətkar ailə həyatından da danışıb.

"Gənc qız olanda düşünürdüm ki, mütləq musiqiçi ilə ailə həyatı quracam ki, mənim ifaçılığıma mane olmasın. Bilirsiniz ki, həyat yoldaşım, əməkdar artist Eldar Abdullayev mahir kamança ifaçısıdır. Oğlum Tural 6 aylıq olanda Eldar müəllimin ürəyində problem yarandı, ağır əməliyyat keçirdi. O vaxtdan qorxdum ki, onu itirə bilərik. Ona heç bir problemi bildirmədim, ağrını-acını özüm çəkdim. Ailənin bütün rəhbərliyi, idarəçiliyi onun üzərinə düşüb. Bir yerə mən gedəndə, bir yerə də o gedib. O məndən əvvəl "Göy-göl" ansamblında çalışıb. Bu ansamblın ilk yaradıcı kollektivinin üzvü olub. Eldar müəllim təkcə kamançasını çalıb, mən təkcə oxuyub getməmişik. Bu kollektivə ailə kimi baxmışıq. O mənim tək ömür-gün yoldaşım deyil, həm həmkarımdır, həm də dostumdur. Sevgisini, qayğısını sözündə yox, əməlində göstərib" deyə sənətkar bildirib.

Xalq artisti gənclərə tövsiyyələrini də verib.

"Bu gün musiqimizə, muğam sənətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Yetişən gənc nəsil də istedadlıdır. Amma bəzən gənclər də asan yolla gündəmə gəlmək istəyirlər. Bu hər gəncə aid deyil. Toya gedib pul qazanmaq yaxşıdır, amma toyun da öz repertuarı olmalıdır. Bizim insanlarımız, xalqımız musiqini dərindən duyandırlar. Toyda da sən ağzına gələni oxuya bilməzsən" deyə xanəndə bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1073   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.