Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsi

Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsiBu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.

"Report" xatırladır ki, bu gün həm də onun adını daşıdığı babasının İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmasından 80 il ötür.

Əlbəttə, Məhərrəm İbrahimovun şərəfli, rəşadətli və faciəli ömür yolu özünün adını daşıdığı nəvəsi - şəhid jurnalist adına yazıldı. Hər ikisi 39 yaşında Vətən yolunda haqq dünyasına qovuşdular. Bu, tale acı olsa da, İbrahimovlar ailəsi üçün qürurlu və şərəflidir.

Bu yol bizə Vətəni necə sevməyi, dövlət və dövlətçilik yolunda fəal çalışmağı, vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi, torpaq, Vətən uğrunda necə mübarizə aparmağı və qəhrəmancasına ölməyi öyrədib.

Mayın 9-da II Dünya müharibəsinin başa çatmasının 78-ci ildönümü qeyd olundu. Əlbəttə, vaxtilə bu ailə həmin hadisəni sevincli və müəyyən qədər də kədərli keçirərdi. Sevincli ona görə ki, qələbədə Məhərrəm Vəliyevin də payı var idi. Kədərli ona görə ki, İkinci Dünya Müharibəsində onun "qara kağızı" gəlmişdi.

Məhərrəm Vəliyev 1905-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində (Ermənistan SSR, Krasnoselskiy rayon, Ardanış kəndi) doğulub.

O, cəbhəyə gedərkən böyük qızı Çiçəyin 6 yaşı (1935-ci il təvəllüdlü), böyük oğlu Əlinin 4 yaşı (1937), kiçik oğlu Vəli isə (1941) dünyaya təzəcə göz açıbmış, heç 40 günlüyü çıxmayıbmış. Məhərrəm Vəliyevin həyat yoldaşı Pəri Sadıq qızı Vəliyeva üç azyaşlı övladını çox çətinliklə, sarsılmadan, ac-susuz qoymadan, zəhmətkeşliyi sayəsində böyüdüb. Həyat yoldaşı müharibədə olarkən - 1943-cü ildə qadına "qara kağızı" gəlib.

Həm həyat yoldaşını, həm də 3 övladını itirən hələ sağlığında Pəri Sadıq qızı Vəliyeva 2006-cı ildə 96 yaşında Bakı şəhərində haqq dünyasına qovuşaraq ailəsinin mərd qadın hekayəsinə birdəfəlik son qoyub.

Məhərrəm Vəliyevin "qara kağızı"nı onun ölüm tarixindən 75 il sonra, 2018-ci ildə axtarılır. Sənəd Rusiya Müdafiə Nazirliyinin arxivində tapılıb: "Vəliyev Məhərrəm İbrahim oğlu 1943-cü ildə sentyabrın 2-də Ukraynanın Xarkov şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub".

Amma kaş bu məlumat onun üç övladı sağ olarkən tapılaydı, onlar sevinərdilər, heç olmasa gedib atalarının qəbrini ziyarət edəydilər. Bu, qismət olmadı və oğulları Əli İbrahimov 2000-ci ildə 63 yaşında, Vəli Vəliyev 1992-ci ildə 51 yaşında, qızı Çiçək Vəliyeva 2005-ci ildə 70 yaşında dünyadan köçdülər.

Məhərrəm İbrahimov adını daşıdığı babası haqqında bu məlumatı eşidəndə çox sevinmişdi və babasının məzarını ziyarət etməyi düşünürdü. Hardan biləydi ki, o da bu taleyi yaşayacaq, Vətən müharibəsinə cəlb olunan, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn gizli qəhrəmanlardan olacaq.

Vətən müharibəsinin başladığı ilk günlərdən düşmənin hələ işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən jurnalistlər təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxmışdılar.

Məhərrəm də növbəti dəfə xidməti vəzifəsini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdu. Təxminən, 10 gün olardı ailəsi ilə vidalaşıb getmişdi. Telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsindən bir neçə dəqiqə əvvəl həyat yoldaşı və bacısı ilə telefonla danışmışdı. Kim bilərdi ki, bu onun son səsi, son danışığı olacaq.

O dəhşətli partlayış 2021-ci il iyunun 4-də səhər saat 11 radələrində baş verdi və xəbər qısa müddətdə dünyaya yayıldı: "AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV telekanalının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək şəhid olublar".

Bəli, bu da 39 illik ömrün dramatik sonu – özləri tikə-tikə, qələmləri və kameraları çilik-çilik oldu. Ataların dediyi kimi, onlar 40 ildə meydana gələn igidlərdən oldular. Vətən uğrunda qan, dostları uğrunda göz yaşı, ailələri uğrunda tər tökdülər!

Bununla da işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi vandallığı tarixin yaddaşına çevirənlər faciəli "Həyat hekayə"si ilə yaddaşlarda qaldılar.

Yeriniz cənnət, ruhunuz şad olsun, əziz şəhidlər!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

03.11.2026 372
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

03.11.2026 277
.

Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı və Azərbaycanın tarixi missiyasının təntənəsi

Böyük Qayıdış Azərbaycanın müasir tarixində ən mühüm dövlət proqramlarından və strateji hədəflərindən biridir. Bu proses yalnız uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəldilməsi və işğaldan azad edilmi

03.11.2026 241
.

Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər

Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər

03.11.2026 179
.

Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ

Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ

03.11.2026 239
.

Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?

Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda

03.11.2026 320
.

Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?

Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri

03.11.2026 276
.

MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib

03.11.2026 248
.

Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə

03.11.2026 240
.