Azərbaycanda pensiyalar bu qayda ilə artacaq - Komitə sədri AÇIQLADI
Azərbaycanda gələn il də pensiyaların indeksasiya edilərək artırılması nəzərdə tutulur.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, hər ilin əvvəlində əmək pensiyaları artırılır. "Artırılma mexanizmi də belədir. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ildəki respublika üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Keçə il Azərbaycanda orta aylıq əmək haqqı 15 faiz artmışdı və bu ilin əvvəlində də cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda əmək pensiyalarının bütün növləri 15 faizlik indeksasiya olundu və artırıldı.
Hazırda yaşa görə əmək pensiyalarının orta məbləği 460 manatı ötüb və gələn il üçün bu məbləğ 500 manatı keçəcək. Çünki ölkəmizdə aparılan doğru sosial-iqtisadi siyasət, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, o cümlədən də neftin dünya bazarında qiymətinin bizim proqnozlaşdırdığımız həddən yuxarı olması imkan verir ki, biz gələn il də pensiyaları artıraq", - deyə M.Quliyev deyib.
O bildirib ki, bu il ərzində orta aylıq əmək haqqının 15 faizə yaxın artacağı proqnozlaşdırılır.
"Əgər bu proqnoz özünü doğruldarsa və təbii ki, də doğruldacaq, gələn il də pensiyaların 15 faizə yaxın artımı olacaq ki, bu da imkan verəcək ki, həm pensiyaların minimum məbləği, həm yaşa görə pensiyalar, həm də əmək pensiyaları və digər növ pensiyalar artırılsın. Belə olan halda yaşa görə əmək pensiyalarının orta məbləği 500 manatı ötəcək", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4092 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Dövlət Departamenti İspaniyanı insan hüquqlarını pozmaqda ittiham etdi
ABŞ Dövlət Departamenti İspaniyanın muxtar Seuta şəhərində baş verən kütləvi miqrant axınını "suverenliyin və insan hüquqlarının pozulması" adlandırıb. xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Bu qəbuledilməz insident İspaniya hökumətini
19:50 142 Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərəvəz idxalının çoxalmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Nəşrin məlumatın
17:00 147 Yaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQ
ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb. xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığ
16:40 148 "Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən AÇIQLAMALAR VERDİ
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 99" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində haki
17:18 313 Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend iranlı həmkarı Abbas Əraqçiyə iyulun 31-də baş tutan telefon danışığında Birləşmiş Krallığın hazırkı müharibədə tərəf olmadığını bildirib. "Report" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir. Agentlik XİN rəhbərlərinin telefo
15:10 156 Hindistanda "Meta" şirkətinə qarşı cinayət işi açılıb
Hindistanın kibercinayətkarlıqla mübarizə polisi imtahan vərəqələrinin sızdırılmasına etirazlar fonunda Baş nazir Narendra Modiyə qarşı yönəlmiş saxta materialların yayılması səbəbindən "Meta" şirkətinin yerli ofis rəhbərinə, həmçinin bir neçə "Facebook" və "Instagram" hesabını
18:50 154 Azərbaycanda nağdsız ödənişlər il ərzində 17 %-dən çox artıb
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 17,3 % artaraq 9 milyard 902 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,575 milyard manatı (86,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
12:10 150 "AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTO
2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub. BİG.AZ xəbər verir ki, tədbir çərçivəsində Bak
19:28 194 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17.3 faiz artaraq 9 milyard 902 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu məbləğin 8 milyard 575 milyon manatı, yaxud 86.6 faizi elektron ticarətin payına düşüb. Məlumat
17:40 147