Ekspert: "Taksi sürücüləri qiymətlərdən, sərnişinlər isə keyfiyyətdən narazıdırlar"

Ekspert: "Taksi sürücüləri qiymətlərdən, sərnişinlər isə keyfiyyətdən narazıdırlar"Azərbaycanda taksi fəaliyyətində narazılıq birtərəfli deyil, sürücülər aşağı qiymətdən, sərnişinlər isə aşağı keyfiyyətdən narazıdırlar, ona görə də bu sahənin tənzimlənməsinə ehtiyac var.

Bunu "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

"Son vaxtlar taksi sürücülərindən narazılıq məsələsi aktualdır. Bəzi taksi şirkətlərində keyfiyyətin aşağı olması ilə bağlı şikayətlər daxil olur. Həmçinin, taksi kimi istifadə olunan avtomobillərin salonlarının pis vəziyyətdə olması, sürücülərin ünvanı tanımaması da şikayətlər sırasındadır. Sürücülər isə daşıma qiymətlərinin sərf etməməsindən çox narazıdırlar. Aqreqatorların müəyyən etdiyi qiymət sürücülərin istismarına, gün ərzində daha çox - təxminən 25 səfər etməsinə gətirib çıxarır. Bu, isə yekunda riskləri artırır və nəticə olaraq daha çox qəzaların yaşandığını görürük. Artıq insanlarda bir markaya xüsusi fobiya yaranıb. "Toyoto Prius" sürücüləri təhlükəli sürürlər", - deyə o qeyd edib.

"Taksi fəaliyyəti qanunvericiliklə tənzimlənməlidir. Bu tənzimlənmələr sürücülərin də hüquqlarını və sosial təminatlarını qorunmaq şərtilə həyata keçirilməlidir. Nəticədə sərnişinlərə daha yüksək səviyyəli keyfiyyət təmin edilməldir. Bundan başqa, şəhərin ümumi mobillik planı tərtib olunmalıdır və planda çeşidli növlərin inkişafı, məsafəyə görə fərqli nəqliyyat növləri təklif olunmalıdır.

Səkilərin təftiş edilməsi, baryerlərin aradan qaldırılması, velo zolaqlarının təşkili, avtobus zolaqlarının şəbəkəsinin genişləndirilməsi, sərt nəzarətlə indiki vəziyyəti dəyişmək olar. Bunlar həmçinin, taksi kvotasının müəyyən edilməsinə gətirib çıxaracaq. Yəni , indiki vəziyyətdə sərnişinlər üçün ciddi alternativ yolunu oynayacaq və gərgin vəziyyəti dəyişən qərarlar olacaq", - deyə ekspert əlavə edib.

Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul "Uber" və "Bolt" şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ANA ÖLÜMLƏRİNİN ARTMASININ SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. Statistikaya görə, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bir il ərzində göstəric

03.11.2026 292
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

03.11.2026 294
.

YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ

Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə

03.11.2026 327
.

Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək

Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq. Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ı

03.11.2026 206
.

Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən

03.11.2026 262
.

Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi

Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala

03.11.2026 258
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

03.11.2026 269
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

03.11.2026 181
.

"Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi

Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay

03.11.2026 281
.