Dənizdə sərinləmək istəyənlər: Həftəiçi başqa, şənbə-bazar fərqli qiymət - SORĞU
Havalar isinən kimi ağıla ilk növbədə çimərliklər gəlir. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçib, günün yorğunluğunu atmaq üçün oraya üz tuturlar.
Hər il olduğu kimi, bu il də iyunun 15-dən çimərlik mövsümü başlayır. Məlumdur ki, çimərliklərdə sezona hazırlıq işləri gedir. Amma insanları narahat edən bir məsələ hər zaman olduğu kimi aktuallığını qoruyub saxlayır. O da çimərliklərin qiymətləridir. Bəli, bəzi çimərliklərə daxil olmaq üçün adambaşı pul ödəmək lazımdır.
Bəs görəsən, çimərlik qiymətlərində ötən illə müqayisədə hansısa bir dəyişikliklər olacaqmı?
Oxu.Az-ın əməkdaşı bununla bağlı çimərliklər arasında sorğu keçirib.
Bilgəh ərazisində yerləşən çimərliklərin birindən verilən məlumata görə, çimərliyə həftəiçi giriş 20 manatdır:
"Həftəsonu yerlər məhdud olduğu üçün çimərliyə giriş 25 manat olacaq. 10 yaşa qədər uşaqlara giriş pulsuzdur. Qiymətə çimərlik, çətir, şezlonq, soyunma otağı da daxildir. Düzdür, sezon başlamayıb. Az da olsa, gələnlər var. Qiymətlərdə ötən illə müqayisədə ciddi fərq olmayacaq. Endirimli qiymətlərlə müştərilərimizin qarşısında olacağıq".
Mərdəkan ərazisində yerləşən çimərliklərdən birindən aldığımız məlumata görə, artıq ötən gündən sezonu açıq elan ediblər:
"Çimərlik sezonun başlamasına sayılı günlər qalıb. Artıq istilər düşəndən müştərilərimiz var. Çimməyə icazə verilməsə də, hava almaq, yorğunluqlarını atmaq üçün üz tutanlar var. Böyüklər üçün çimərliyə giriş 15 manatdır. Kiçiklər üçün isə 10 manat təşkil edir. lakin həftəsonu sezon zamanı qiymətlər həftəiçindən fərqli olaraq dəyişə bilər. Çimərliyə 6 yaşa qədər uşaqların girişi pulsuz olacaq".
Nardaran ərazisində yerləşən çimərliklərdən birində isə həftəsonu qiymətlərin dəyişilmədiyini bildirilib:
"Qiymətlər standart 20 manatdır. Bu həftəsonu da belə olaraq qalır. Heç bir dəyişiklik olmur. 10 yaşa qədər olan uşaqların girişi isə pulsuzdur. Qiymətlərə hər şey daxildir. Hələ müraciət edən yoxdur. İyunun 15-i səbirsizliklə gözləyirik".
Novxanı ərazisində yerləşən çimərliklərdən birində isə girişin 30 manat olduğu qeyd edilib:
"Bu qiymət həftəiçini təşkil edir. Sezon başlayan kimi kütləvi axın olacaq. Onda həftəsonu 35-40 manat ola bilər. 6 yaşdan yuxarı uşaqların girişi ödənişlidir".
Buzovna ərazisində yerləşən çimərliklərdən biri isə girişin ödənişsiz olduğunu söyləyib:
"Giriş ödənişsizdir. Lakin çətir altında əyləşmək istəyənlər üçün 4 nəfərlik stolun pulu 15 manat təşkil edir. Çətir altında əyləşməyənlər də olur. İstəyə bağlıdır. Müraciət edənlər var".
Türkan ərazisində yerləşən çimərliklərdən birində də giriş ödənişsizdir:
"Giriş ödənişsizdir. Çətir altında əyləşmək istəyənlər 20 manat ödəməlidirlər. İstəyə bağlı olsa da, hər kəs çətir altında əyləşməyi seçir. Stul sayı artanda da əlavə ödəniş etməlidirlər. Sezon hələ başlamayıb. Müraciət edən yoxdur".
Sorğumuzu ötənilki qiymətlərlə müqayisə etdik. Rəqəmlərdə ciddi dəyişikliklər hələ yoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 884 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544