Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO), Azərbaycan Yelkə Federasiyasının (SFA) və "Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə "Baku Sailing Regatta-2023" keçirilib.
"Xəzər bizi səsləyir" devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan Regatta çərçivəsində yarışlara 26 mayda start verilib və üç gün, yəni 28 mayadək davam edib.
Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi mübarizədə idmançılar altı sinif ("Optimist", "Optimist Qızlar", "Optimist Junior", "ILCA 4", "ILCA 6", "ILCA 7") üzrə yarışıblar. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub. Yarışlar yerli və Türkiyənin peşəkar hakimlərinin iştirakı ilə baş tutub.
Yelkənçilərin final günündəki mübarizəsini Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Mr Ser Miang NG də izləyiblər.
Yarışı daha yaxından izləmək məqsədilə şəhər sakinləri və turistlər üçün də "Yaxt Klub"da əlverişli şərait yaradılıb. Həmçinin, Dənizkənarı Milli Parkda həm böyüklər, həm də uşaqların böyük marağına səbəb olan müxtəlif əyləncəli proqramlar təşkil edilib.
Regattaya "Windsurfing Baku" idman klubunun idmançıları da xüsusi rəng qatıblar.
Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Çıxışçılar Ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstək və qayğıdan danışaraq qeyd ediblər ki, Ulu öndərin təməlini qoyduğu idman siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.
Çıxışlardan sonra yarışın nəticələri elan olunub, qaliblərə sertifikat və kuboklar təqdim edilib.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku Sailing Regatta" üçüncü dəfədir ki, təşkil olunur.


































BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1132 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254