Niderland prokurorluğu Putinin keçmiş kürəkəninin torpağına həbs qoydu
Niderland prokurorluğu Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəninin torpağını müsadirə edib.
Belə ki, prokurorluq Putinin böyük qızı Mariya Voronsova ilə evli olmuş iş adamı Yorrit Faassenin Amsterdam ətrafındakı torpaq sahəsinə həbs qoyub.
Bu barədə Hollandiyanın "Follow The Money", Rusiyanın "Proyekt" və Britaniyanın "The Guardian" nəşrlərinin birgə araşdırmasında bəhs edilib.
Bildirilib ki, Amsterdamın cənub-şərqində yerləşən Duyvendrextdəki 1432 kvadratmetrlik sahə hələ də boşdur. 2021-ci ildə ərazinin sahibi kimi qeyd olunan Faassenə altı kiçik ofis binası və bir evin tikintisi üçün icazə verilib. Lakin keçən ilin martında bələdiyyə icazə prosedurunu Faassenin Putinlə yaxın əlaqələri səbəbindən dayandırıb.
Bu ayın əvvəlində Niderland torpaq reyestrindəki qeydlərə görə, torpaq sahəsinə maliyyə, iqtisadi və ekoloji qanun pozuntularına görə prokurorluq tərəfindən həbs qoyulub. Niderland prokurorluğu həbsin səbəbi və Faassenin istintaq altında olması ilə bağlı açıqlama verməyib. Hüquqşünas və sanksiyalar üzrə ekspert Helen Over de Lindenin sözlərinə görə, ərazinin müsadirə olunması Faassenin təhqiqat predmeti ola biləcəyini göstərir.
Faaasenlə tanış olan təhqiqatçıların mənbələri bildirirlər ki, o hələ də Moskvada yaşayır, bu yaxınlarda isə Niderlanda qayıdıb və orada sanksiyalardan yayınma işi ilə bağlı sorğu-sual edilib. Onun noutbuku və mobil telefonu müsadirə edilib. Bundan sonra o, Rusiyaya qayıdıb.
Jurnalistlər qeyd edirlər ki, həbs qoyulan torpaq sahəsinin Faassenə aidiyyatı ictimaiyyətə yaxşı məlum olub. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalının əvvəlində bu ərazinin yaxınlığında etiraz aksiyaları keçirilib, Voronsovaya çağırış edilib ki, atasını müharibəni dayandırmağa və Aleksey Navalnını azad etməyə məcbur etsin.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 555 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR
Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox
11:03 181 İlham Əliyev İliyana Yotovanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim
03.11.2026 384 Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
11:31 229 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.
10:10 229 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
11:52 180 Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı
03.11.2026 377 "Tarixin ən böyük toylarından biri" - Yetim bəy tanımadığı insanları dəvət etdi - Hamı axışıb gəldi
Çində valideynlərini erkən yaşda itirən gəncin toyuna sosial şəbəkələr vasitəsilə tanımadığı insanları dəvət etməsi böyük marağa səbəb olub. Onun çağırışına yüzlərlə insanın cavab verməsi nəticəsində kiçik bir kənddə keçirilən mərasim ölkənin ən çox danışılan toylarından birinə çevrilib. xarici mediay
03.11.2026 455 PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK
Velosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər. "Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyya
11:41 185 Oğurladığı pulu dovşanlar yedi
Rusiyanın Lipetsk vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib. yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın sonlarında Lev-Tolstoy rayonunda baş verib. 49 yaşlı qadın 86 yaşlı tanışına ev işlərində kömək edirmiş. Hər iki qadın həyətdə işləyərkən evdə telefon zəng çalıb. Yaşlı qadın tanışında
03.11.2026 430