İlham Əliyev Kəlbəcərdə "Meydan" Kiçik Su Elektrik Stansiyasının açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda "Meydan" Kiçik Su Elektrik Stansiyasının açılışını edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.
Bildirildi ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı "AzərEnerji" daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1 590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4 564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.
"Meydan" Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan "Meydan" Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
Prezident İlham Əliyev "Meydan" Kiçik Su Elektrik Stansiyasını işə salıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə "AzərEnerji" ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda yeddi yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha doqquz yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 814 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 391 Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı
03.11.2026 380 ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər
Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak
10:48 200 Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük
Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn
03.11.2026 535 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
11:52 207 Zəfər Günü və Şuşa: tarixi qələbədən milli dirçəlişə uzanan Azərbaycanın güc salnaməsi
Azərbaycanın müasir dövlətçilik tarixində Zəfər Günü və Şuşanın azad edilməsi ilə bağlı hadisələr təkcə hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu hadisələrin mahiyyətini yalnız 44 günlük Vətən müharibəsinin nəticələri il
03.11.2026 410 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
11:48 209 Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo
03.11.2026 391 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neç
10:32 219