"14 yaşlı qızı oğurlayıb, kənd-kənd, rayon-rayon sürükləyiblər, amma heç bir cəza almırlar" - ŞİKAYƏT

"14 yaşlı qızı oğurlayıb, kənd-kənd, rayon-rayon sürükləyiblər, amma heç bir cəza almırlar" - ŞİKAYƏTAğdaş rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlayan şəxslər heç bir cəza almayıblar.

BiG.AZ xəbər verir ki, bununla bağlı oxu.az-a rayon sakini Nimət Hacıyev şikayət ünvanlayıb. O qeyd edib ki, qızı, 2008-ci il təvəllüdlü Həvva Hacıyevanı evlənmək məqsədilə oğurlayan şəxslər barəsində polisə və digər qurumlara dəfələrlə müraciət ünvanladığı halda heç bir tədbir görülməyib. Müraciəti olduğu kimi təqdim edirik:

"Mən, Hacıyev Nimət Qəhrəman oğlu, Ağdaş rayonu Dəhnəxəlil kənd sakiniyəm. 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızım Həvvanın oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarının səhlənkarlığından şikayətçiyəm. 16 fevral 2023-cü il tarixdə saat 19:30-da qızım evdən nənəsigilə getmək üçün çıxıb, lakin getdiyi yerə çatmayıb. Dəfələrlə zəng etdik və ən yaxın əraziləri axtardıq, qızımı tapa bilmədik, onun oğurlandığı aydın oldu.

Hüquq-mühafizə orqanları qızımın oğurlanması faktı ilə bağlı cinayət işinin başlandığını bildirsələr də, oğurlayan şəxs, yəni digər kənd sakini olan 20 yaşlı Səid Ələkbərovun əməli qanunsuz hesab edilmədi. Bundan öncə, qızımın harada olması müəyyənləşdiriləndə, polis işçisi elçi rolunda çıxış edərək, bizə qızı oğurlayanların üzük gətirmək istədiklərini və şərtlərini çatdırdı. Mən bu addımı görən kimi dərhal Ağdaş Rayon Polis Bölməsinə müraciət etdim, həmçinin hadisə barədə "102" qaynar xəttinə məlumat verdim.

Sabahı gün məni polis bölməsinə çağırıb dedilər ki, qızım onu oğurlayan şəxslərlə birlikdə Ağcayazı kəndindədir. Qızımı geri qaytardım, uzun müddət dindirmə prosesi oldu. Oğlanın atası qızıma yalvarıb ki, bütün nəslimizi həbsə atacaqlar, şikayət etmə. Həmçinin ailə qızımı təhdid də edib, şikayət edəcəyi təqdirdə bunun pis hadisələrlə nəticələnəcəyini deyib. Ona görə qızım ərizə yazdı, öz istəyi ilə getdiyini bildirdi. Lakin sonradan bizim qızımla söhbətlərimizdən aydın oldu ki, uşağımı qorxudublar. Onu dörd nəfər başına torba keçirərək, zorla qaçırıb. Əvvəl başqa rayona aparsalar da, oğlanın oradakı qohumları qəbul etməyiblər.

Mən bir ata kimi xahiş edirəm, qızımın oğurlanmasında əli olan şəxslərin əməlləri layiqli cəzasını alsın. 14 yaşlı qızı oğurlayan şəxslərin heç bir cəza almaması normaldırmı? Xüsusilə, Daxili İşlər Nazirliyindən istintaq hərəkətlərinin aparılması üçün səlahiyyətli müstəntiq təyin edilməsini rica edirəm. Oğurlayanların kimliyi məlum olduğu halda Ağdaş rayonunun müstəntiqi Afiq Abışov və hüquq-mühafizə orqanları fəaliyyətsizdir. Günahkar azad, cəzasız gəzir. Dəfələrlə yuxarı instansiyalara müraciət etsəm də, addım atılmır.
Cinayətkar Səid Ələkbərov, onun qardaşı və iki dostu, prosesdə şəxsə kömək edən valideynləri, bibisi və əmisi haqqında heç bir tədbir görülməyib.
Qızımı qaçırarkən əvvəlcə Şor Dəhnə kəndinə, oradan Ağdaş şəhərinə, daha sonra isə Göyçay rayonuna aparıblar. Bu ərazilərdə müraciət etdikləri şəxslər qəbul etmədiklərinə görə Ağcayazı kəndinə gətiriblər. Mənim altı uşağım var, həmin qızımdan böyük iki gənc oğlum var. Onların bacısına ziyan vuran şəxsə xəsarət yetirəcəyindən nigaranam. Həmin adam mənim azyaşlı qızımı qaçırmaqla bütün rayonda adımızın ləkələnməsinə səbəb olub. Qızımın gələcəyini məhv edib. Qanun çərçivəsində adam oğurlayan şəxs barəsində addım atılmaması bütün ailəmizin töhmət altında qalmasına gətirib çıxarır. Bir ata kimi bunu qəbul edə bilmirəm".

Şikayətçi Nimət Hacıyev onu da qeyd edib ki, qızı yetkinlik yaşına çatmamasına baxmayaraq, başına gələn hadisədən sonra nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ağdaş Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbədən psixoloji dəstək alıb:

"Polisin göstərişi ilə ekspertiza təyin edilib, 14 yaşlı qızı iki dəfə müayinəyə aparmalı olmuşuq. Bu vəziyyət onun psixologiyasına da təsir edib. Amma heç bir psixoloji dəstək göstərən, addım atan qurum görməmişəm. Halbuki bütün qurumlara şikayətlər, müraciətlər yazaraq, məsələdən xəbərdar etmişik. Addım atılmasını xahiş etmişik. Qapımızı açan, qızıma hansısa dəstək göstərmək istəyən, cinayətkarların cəzalandırılması üçün addım atan olmayıb. Bu nə qədər düzgündür ki, 14 yaşlı uşağı oğurlayıb, günlərlə kənd-kənd, rayon-rayon sürükləyirlər, amma heç bir cəza almırlar? Bu cür adamlar cəzasız qaldıqca çox uşağın başına belə hadisələr gələcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1488   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər

Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər

03.11.2026 391
.

Zəfər Günü və Şuşa - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi, milli iradənin və dövlət qüdrətinin təntənəsi

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini, milli düşüncəsini və dövlətçilik tarixini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu günlər Azərbaycanı

03.11.2026 380
.

ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər

Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak

10:48 200
.

Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük

Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn

03.11.2026 535
.

Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?

Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını

11:52 207
.

Zəfər Günü və Şuşa: tarixi qələbədən milli dirçəlişə uzanan Azərbaycanın güc salnaməsi

Azərbaycanın müasir dövlətçilik tarixində Zəfər Günü və Şuşanın azad edilməsi ilə bağlı hadisələr təkcə hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu hadisələrin mahiyyətini yalnız 44 günlük Vətən müharibəsinin nəticələri il

03.11.2026 410
.

Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?

ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın

11:48 209
.

Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi

Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo

03.11.2026 391
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neç

10:32 219
.