"Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq" təlimi baş tutdu - FOTO
20-21 may 2023-cü il tarixində Education HUB "Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq" təlimini həyata keçirib.
BiG.AZ xəbər verir ki, təlim Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıqda Avropa Vençur Filantropist Assosiasiyasının "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində reallaşıb. Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir və Azərbaycanda rəsmi tərəfdaş Education HUB-dır.
Təlim çərçivəsində media sahəsində tanınmış jurnalist və blogerlər Sosial Sahibkarlıqla bağlı yeni biliklər əldə ediblər. İştirakçılar Sosial Sahibkarlığın tarixi, sosial biznes modelləri, innovativ və dizayn əsaslı yanaşma haqqında öyrəniblər.
Təlim zamanı iştirakçılar marketinq, idarəetmə, hekayə söyləmə, sosial biznesin brendləşməsi, həmçinin, sosial media idarəetməsinin əsasları ilə tanış olublar.
İştirakçılar 2 günlük təlim zamanı öyrəndikləri nəzəri və praktiki bilikləri sonda post-test vasitəsilə yoxlayıblar. Sonda iştirakçılara layihənin promo məhsulları hədiyyə olunub.
Media nümayəndələrinin Sosial Sahibkarlığın daha fəal təşviq olunmasına dəstək üçün "Jurnalistlərin əlaqələndirmə qrupu" yaradılıb. Qrup nümayəndlərinin iştirakı ilə yaxın aylarda sosial sahibkarlıq müəssisələrinə tanışlıq səfərləri planlaşdırılıb.
BiG.AZ olaraq, faydalı tədbirin bütün təşkilatçılarına, xüsusən Education HUB Proqramının meneceri Gülnarə İsmayılovaya, kommunikasiya üzrə əməkdaşı Orxan Məsimova və beynəlxalq təlimçi Nuranə Məmmədovaya dərin təşəkkürümüzü bildiririk.






















BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1324 Tarix: 21 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaat icad edilməzdən əvvəl insanlar vaxtı necə ölçürdü?
Bu gün saata və ya telefona baxaraq vaxtı öyrənmək həyatımızın adi hissəsinə çevrilib. Lakin bəşər tarixinin böyük bir hissəsində dəqiq vaxtı müəyyənləşdirmək heç də asan olmayıb. Saatların ixtirasından əvvəl insanlar zamanı ölçmək üçün günəşdən, sudan, yanan mumdan, tütsüdən, hətta qoxulardan istifad
12.08.2026 234 Paltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
02.08.2026 295 Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?. xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka
02.08.2026 231 Qarpızın üstünə buna görə daş qoyurlar
Çində bəzi fermerlərin yetişməkdə olan qarpızların üzərinə daş qoyması ilk baxışdan qəribə görünsə də, bu üsulun arxasında uzun illərdir tətbiq olunan maraqlı kənd təsərrüfatı təcrübəsi dayanır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində günəş şüalarının təsiri ilə qızan daşlar istiliy
09.08.2026 375 Bazardan pomidor alanda yalnız rənginə baxmayın - ən dadlısını seçməyin sirri
Bazarda qırmızı və cəlbedici görünən pomidorlar arasında ən dadlısını seçmək düşündüyünüz qədər asan deyil. Xarici görünüşünə aldanaraq aldığınız pomidor evə çatdıqda dadsız və bərk çıxa bilər. Halbuki bir neçə sadə üsulla ən ləzzətli pomidoru asanlıqla müəyyən etmək mümkündür. xarici mediaya istinadə
09.08.2026 260 Gündüz piramidaları ziyarət etmək qadağan olundu
Misir hakimiyyəti ekstremal istilər səbəbindən Giza piramidalarına və Luksordakı qədim abidələrə gündüz ekskursiyalarına məhdudiyyət qoyub. xəbərə verir ki, hazırda ən yüksək temperatur ölkənin mərkəzi və cənub bölgələrində qeydə alınır. Qahirədə havanın temperaturu gündüz kölgədə +36 dərəcəyə, Lukso
09.08.2026 266 İlk iş günündə 47 saniyədən sonra QOVULDU
İsveçdə yaşlılara qulluq müəssisəsində işə başlayan əməkdaş ilk iş gününün başlamasından cəmi 47 saniyə sonra işdən çıxarılıb. xəbər verir ki, kişi işə qəbul olunarkən panik atak keçirə biləcəyini rəhbərliyə əvvəlcədən bildirib. Buna baxmayaraq, müəssisə onu işə götürüb. İlk iş günündə həyəcan keçirə
02.08.2026 251 Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər
Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir. xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonr
09.08.2026 306 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ
"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər". RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib. Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelemen
02.08.2026 229