Elektrikli stolda edam olunan ilk qadının HƏYATI: Ögey qızını...

Elektrikli stolda edam olunan ilk qadının HƏYATI: Ögey qızını...Marta Pleys 1898-ci ildə 17 yaşlı ögey qızı İdanı sirkə ilə vəhşicəsinə öldürdü və növbəti il elektrik stul tərəfindən edam edildi. Uğursuz keçmişi ilə Marta elektrik stulla edam edilən ilk qadın oldu.

Lent.az xəbər verir ki, 1849-cu il sentyabrın 18-də Nyu Cersidə anadan olan Marta Qarretson normal həyat sürürdü. O, ailə olub və bir oğlu da dünyaya gəlib. Lakin həyat yoldaşı uşaqlarına baxmayaraq evi tərk edib və sonra dünyasını dəyişib. Tək başına mübarizə apara bilməyən Marta oğlunu övladlığa verməli oldu.

Marta daha sonra Uilyam Pleys adlı dul bir kişi üçün qulluqçu kimi işləməyə başladı. Kişinin İda adlı 17 yaşlı gənc qızı da var idi. Uilyam və Marta arasındakı münasibət sonda sevgiyə çevrildi və tezliklə evləndilər. Ancaq bu evlilik də xoşbəxtliklə keçmədi. Əvəzində Marta ögey qızını çox qısqanırdı

1898-ci ilin iyulunda Marta Pleysin qətli ilə bağlı məhkəmə zamanı "New York Times" yazırdı: "O, ərinin qızını ondan daha çox sevdiyini hiss etdi və onun qısqanclığı tez bir zamanda kiçik qıza qarşı nifrətə çevrildi. Qız böyüyüb gözəl bir qadına çevrildikcə və ona getdikcə daha çox qarşı çıxdıqca, onun nifrəti aktiv forma almağa başladı".

Çox keçmədən Marta Pleysin İdaya qəzəbi şiddətə çevrilir. 1898-ci il fevralın 7-də səhər Uilyam və Marta arasında dava düşdü və evin kiçik qızı atasının tərəfini tutdu.

"The New York Times" xəbər verir ki, Marta Pleys polisə deyib: "Qız həmişə olduğu kimi atasının tərəfini tutdu və mən ərimlə danışmağa gedəndə otağının qapısını üzümə çırpdı. Bu məni əsəbiləşdirdi, ona görə də ərimin masasından sirkə turşusu götürüb onun üzünə atdım".

O, daha sonra İdanın otağından çıxıb. Lakin sonradan aparılan müayinə, Pleysin hücumu davam etdirdiyini müəyyən etdi. İda ağrıdan qıvrılarkən, həkimlər Pleysin onun üzərinə paltar yığaraq boğmasından şübhələniblər.

Marta üçün hər şey bitməmişdi. O, baltanı götürüb axşama qədər əri Uilyamı gözlədi və axşam evə gələndə Uilyamı da balta ilə yaraladı. Uilyam qan içində kömək üçün ağlayaraq küçəyə qaçanda, Marta mətbəxə qaçıb və qazı yandıraraq özünü öldürməyə çalışıb. Bu zmaan polis gəlib onu həbs edib. Tezliklə Marta Pleysin sensasiyalı məhkəməsi başladı.

Məhkəməsinin sonunda Marta Pleys birinci dərəcəli qətldə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. Onun vəkili cəzanı yüngülləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Elektrikli stul üsulu yenicə istifadə olunduğundan və ilk dəfə bir qadına hökm oxunduğundan Martanın cəzası da mətbuatda çox işıqlandırılmışdı.

1899-cu il martın 20-də Marta tikdiyi qara paltarı geyinib edam otağına getdi. Orada Pleysin qadın olması cəlladlar üçün bəzi maneələr yaratdı. Onun qalın, ağarmış saçlarını qırxmaq lazım idi ki, alnına elektrodlar qoyulsun. Uzun ətəyini isə kəsdiriblər ki, elektrodlar topuqlarına rahat yerləşdirilsin.

Kresloda oturan Marta son sözünü dedi: "Allah mənə kömək olsun". Sonra cəllad bədəninə 1760 volt elektrik cərəyanı yüklədi. Bir neçə saniyə sonra Marta Pleys 49 yaşında öldü.

"The San Francisco Call" Martanın edam edilməsi ilə bağlı bunları yazıb: "Bu ştatda ölümə məhkum edilən sonuncu qadın qışqıraraq və döyüşərək dar ağacına getdi, lakin Miss Pleys demək olar ki, heç bir səs-küy yaratmadı".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1578   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.