İmtahanlardan kəsildi, anası ilə maşında gedərkən radioda eşitdiyi xəbərlə həyatı dəyişdi...

İmtahanlardan kəsildi, anası ilə maşında gedərkən radioda eşitdiyi xəbərlə həyatı dəyişdi...Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova işlədiyi ilk iş yeri barəsində yazıb.

BiG.AZ olay-a istinadən xəbər verir ki, o, feysbukda bu barədə status paylaşıb. Uzun illər əvvəl radioda çəkdirdiyi fotonu da paylaşan Hümbətova qeyd edib ki, radioda işə 19 yaşında başlayıb:

"19 yaş, ilk iş yerim 106 FM-in studiosu olub. Müstəqil həyata burada addım atmaq mənə çox böyük həyat təcrübəsi verdi. Ta uşaqlıqdan radio aparıcısı olmaq istəyirdim. 18 yaşım vardı, birinci il TQDK imtahanlarından kəsilib, o ərəfələr yenidən universitetə hazırlaşırdım. Bir gün maşında anamla yol gedərkən Yusif Ağayevin radioda aparıcı-dj axtardıqları ilə bağlı elanını eşitdim və özümü sınamaq qərarına gəldim. O vaxt ən sevdiyim, tez tez dinlədiyim FM dalğalardan biri idi 106 FM.

Nəysə ki, təyin olunan gün yollandım ATV telekanalının önünə. Kanalın darvazasının önündə yüzlərlə gənc insan var idi. Məndə də bir özgüvən var idi, gəl görəsən. Düşünürdüm məni seçməyib kimi seçəcəklər? Gözəl səs tembri, ingilis dili biliyi məndə, radionun səsləndirdiyi mahnıları və ifaçıları əzbər bilirəm. Bu özgüvənlə düz 3 tur keçdim. Sonuncuda 2-3 nəfər qalmışdıq. Səslərimizi yazdılar, nitqimizi bir də bu cür dinləmək üçün. Yadımdadır, Yusif Ağayev belə bir söz demişdi - Günel, radioya çox uyğunsan və görürəm ürəkdən burada olmağı necə sevirsən. Mən axtardığım yeni işçidə ən çox insani keyfiyyətlərə üstünlük verəcəyəm dedi. Və üstündən 2 ay keçdikdən sonra, radioda işə başladım.

Burada işə başlamaq təkcə ürəkdən sevdiyim işlə məşğul olmaq deyil, həm də sonrakı illərdə özümə güvəni daha da gücləndirdi. "Mən hər şeyi bacararam" hissini verdi, hansı ki, bu hisslər məni hələ də izləyir. Bir işin qulpundan yapışanda dərhal bu uğurlu həyat təcrübəm yadıma düşür. Radioda işləməyi daimi heç vaxt düşünmədim. Mən daima daha fərqli yüksəklikləri fəth etməyi düşündüm və istədim. Həyat uzun illər eyni yerdə və eyni sahədə işləməyə sərf etmək üçün çox da uzun deyil".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1872   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur müğənninin "Namus" mahnısına rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO

Türkiyəli müğənni Melek Mosso Antalyada verdiyi konsertdə nümayiş etdirdiyi səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanıb. -ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert zamanı sevilən mahnılarını səsləndirən sənətçi repertuarına sürpriz olaraq Sezen Aksunun illərdir dillər əzbər

08.08.2026 563
.

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu

16.08.2026 174
.

Aktrisa ayrıldığı ərini təriflədi: "Bu nə yaraşıqlılıqdır"

Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm

09.08.2026 419
.

"Kızılcık şerbeti"ndən sonra görünüşünü dəyişdi - Fotolar

Türkiyəli aktyor Doğukan Güngör yeni görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialından sonra Kanal D-nin yeni layihəsi "Haysiyet"lə ekranlara qayıtmağa hazırlaşan aktyor arıqlaması və imicində etdiyi dəyişikliklə diqqət çəkib. Doğukanın yeni görünüş

15.08.2026 186
.

"Odissey"dən daha bir rekord - 1 milyardı keçdi

"Odissey" filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bununla da, "Odissey" 1,08

10.08.2026 340
.

"Ferit" yeni serialda

"Yalı Çapkını" serialının "Ferit"i, türkiyəli aktyor Mert Ramazan Demirin yeni layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə bloq yazarı Birsen Altuntaş məlumat yayıb. Bildirilib ki, aktyor "Susuz Yaz" serialında rol almaq üçün ilkin razılığa gəlib

15.08.2026 296
.

Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - Video

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadın ad gününü bağ evində qeyd edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Dadaşova oğlu ilə doğum günü tortu ətrafında əyləncəli anlar yaşayıb

11.08.2026 410
.

Məşhur aparıcının həkim həyat yoldaşı DÜNYASINI DƏYİŞDİ - FOTO

Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb. Paylaşımda bildirilib ki, minlərl

16.08.2026 257
.

"Ən böyük hədiyyən mənəm" - Emindən xanımına

Xalq artisti Emin Ağalarov ad günündə həyat yoldaşı Alyona Qavrilova ilə bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı xanımı ilə aralarında keçən maraqlı dialoqu sosial media hesabında yayımlayıb. Emin xanımını ad günü münasibəti ilə təbrik edərək əhvalını soruşub. Xanımı müğənniyə cavabınd

08.08.2026 304
.

TOP MP3