"Hiss səhnə müğənnisi deyil" – Sərt sözlər
Müğənni-aparıcı Mehin Hümbətova və rəqqasə Rəna Ağamuradova (Renka) müğənni Hissi tənqid ediblər.
OLAY yazır ki, bu barədə onlar "7 özəl" verilişində danışıblar. Əvvəlcə Renka Hisslə Səmra Rəhimlinin "Formula 1"dəki çıxışlarını müqayisə edib:
"Heç kimin xətrinə dəymək istəmirəm. Hisslə Səmranın "Formula 1"dəki çıxışılarından danışaq. Hissi qeyri-adi olmağına, davranışına görə sevdilər. Onu orada rəqqaslarla, hip-hopla, ritmlə səhnəyə çıxardılar. Mən onu elə görmək istəmirdim. İstəyirdim ki, tərsinə olsun, şou etsin, lakin nəsə maraqlı bir şey hazırlasın. Başqa rəqslər olardı. Belə yox. Çünki o Hiss deyildi. Onun mahnıları kölgədə qaldı. Rəqqaslar gümüşü və çəhrayı rəngdə geyinməsəydilər".
Hümbətova isə Hiss haqda olduqca sərt danışıb. O bildirib ki, Hiss F1 səhnəsində olmamalıydı:
"Mən də bu mövzuya fikir bildirmək istəyirəm. Məncə, Hiss o səhnədə olmamalı idi. Olsa da, elə çıxmamalıydı. Çünki Səmra öz sözünü dedi, özünü təsdiqlədi. Hər ikisinin də rəqqasları rəngarəng geyinmişdilər. Sanki Hiss rəqqasların kölgəsində qaldı. Mənə elə gəlir ki, geyimlərin rəngi ikinci dərəcəli mövzudur. Əgər Hiss Səmra qədər performansına fikir versəydi, rəqs etməyə cəhd etsəydi, orada geyimlərin rəngi, qısalığı arxa planda qalacaqdı. Mən deyərdim ki, Hiss səhnə müğənnisi deyil. Studiya müğənnisidir. Ona görə özünü radioda, kliplərdə təqdim etməlidir. Böyük səhnədə aura və enerjisi kifayət etmir. Səhnədə ən çox performans göstərən ifaçılardan biri Səmradır. Vurğuladın ki, hər ifaçı şou göstərə bilməz. Əlbəttə doğrudur. Məsələn, xanəndənin rəqs şousu göstərməyi gülünc görünərdi.
Əgər müğənni R&B, pop, hip-hop janrında ifa edirsə, mütləq zaman-zaman da olsa, səhnədə şou göstərmək məcburiyyətindədir. Ən azından tamaşaçıların qarşısında. Səmra bunu edir. Düşünürəm ki, Səmra tərzində xanım ifaçıların kütləsi Azərbaycanda tam formalaşmayıb. Ona görə də irəli getməkdə daha çox çətinlik çəkirlər. Digər bəzi ifaçılar daha çox yazıqlığa vuraraq insanların sevgisini qazanmağa çalışırlar. Daha çox geyimi, mahnıları və performansı ilə gündəmə gələn ifaçı Səmradır. Lakin hələ onun publikası Azərbaycanda tam yetişməyib. Tez-tez belə çıxışlar etdikcə, kütlələri formalaşacaq".
Renka isə Hissin həmin səhnədə rəqs etməməli olduğunu bildirib:
"Hiss heç oynamamalı idi. Onu qarşısında sadəcə bir mikrofon olsaydı... Səmra mənim favoritimdir".

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu
20.09.2026 280 2 aktrisa saxlanıldı
Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi
26.09.2026 231 Yeni layihəsi bəlli oldu
"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib
27.09.2026 240 ABŞ Qrenlandiyada iki yeni hərbi baza açacaq
Məsələ ilə tanış olan üç mənbənin sözlərinə görə, ABŞ çərşənbə axşamı Danimarka və Qrenlandiya ilə imzalanacaq müqavilə çərçivəsində cənubi Qrenlandiyada Soyuq Müharibə dövründən qalma hərbi bazanı bərpa etməyi və şərq sahilində hazırda Danimarka it xizək patrulunun istifadəsində olan daha bir baza qurmağ
22.09.2026 336 Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va
26.09.2026 299 CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18.09.2026 464 "Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"
Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu
26.09.2026 282 "Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29.09.2026 426 10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27.09.2026 540