Döyüşdə bölükdən tək sağ qalan, hamamda meyiti tapılan "Atsifət"

Döyüşdə bölükdən tək sağ qalan, hamamda meyiti tapılan "Atsifət"Biz onu "Brilliant əl", "12 stul" kimi bir sıra maraqlı filmlərdən yaxşı tanıyırıq. Uşaqlığımız onun "Nu poqodi" ("Bir dayan") cizgi filmində eşitdiyimiz koloritli səsi altında keçib. Söhbət böyük aktyor Anatoli Papanovdan gedir.

Lent.az "Bir ulduz axdı" rubrikasında onu xatırlayır.

Anatoli Rusiyanın Smolensk şəhərində hərbiçi ailəsində doğulmuşdu. Anası polyak qızı idi, incəsənətə böyük meyli olan qadın evdə tez – tez tamaşalar hazırlayardı və balaca Anatolidə sənətə meyl yaratmışdı.

Ailə Moskvaya köçüb gələndə gənc Anatoli dəmir sexində fəhlə kimi işə başlayır. Bir gün sexdən metal oğurlanır və onu oğurluqda ittiham edib həbs edirlər. 9 gün nəzarətdə saxlandıqdan sonra həqiqət üzə çıxır, evə buraxılan gənci atası da bir yandan döyür. Atası, "Sən özünə inam yaratsaydın, səni oğru hesab eləməzdilər" deyərək onu cəzalandırır.

Günah isə onun qəribə simasındaydı.

1941-ci ildə 19 yaşlı Anatolini birbaşa ön cəbhəyə aparırlar. Artilleriya bölüyünün komandiri kimi müharibədə iştirak edir. Döyüşlərin birində çox ağır yaralanır. Sağalanda eşidir ki, komandiri olduğu bölükdən bir tək o, sağ qalıb. Bu yara ona əlillik verir. Aktyorun sol əli işləmirdi və iki barmağı qopub düşmüşdü.

Müharibədən sonra Teatr İnstitutuna sənəd verir və qəbul olunur. Nitqini düzəltmək üçün xeyli zəhmət çəkməli olur. Amma sonralar çəkildiyi filmlərə məhz qeyri-adi səs tembri, danışığı və xuliqanı xatırladan simasına görə dəvət alırdı.

"Brilliant əl" filmində suya düşüb əsəblə "idiot" (gicbəsər) deyə bağırması improvizə idi. Bir neçə dubla çəkilərkən suda soyuqdan donan aktyor "idiot" deyə operatora bağırmışdı. Onun bu replikası rejissorun xoşuna gəlmiş, filmə daxil etmişdi.

Papanovun xanımı aktrisa Nadejda Karatayeva idi. Bu evlilikdən Yelena adlı bir qızları olmuşdu. Sonralar Yelena atası ilə birlikdə eyni teatrda işlədi.

Gəncliyində spirtli içkilərin aludəçisi olsa da, anası öldükdən sonra pis vərdişini tərgidir. "Nu poqodi" cizgi filmində səsləndirdiyi canavara nifrət edirdi və həmişə deyərmiş ki, bütün əziyyətini bu canavar yeyib.

"Ölülər və dirilər" filmindəki rolunun qəhrəmanı at sifətinə bənzər sifəti olan Serpilin idi. Bu filmdən sonra kino aləmində onun adı elə "Atsifət" olaraq qalmışdı və bu aktyorun xətrinə dəymirdi.

Filmlərə çəkildikdən sonra özünə o zaman üçün lüks sayılan "Volqa" maşını almışdı. Lakin teatra gedəndə avtomobilini bir neçə küçə uzaqda saxlayardı ki, aktyorlar onun lovğalandığını düşünməsinlər. Utancaq insan idi.

Hər kəs onu tərəf müqabili Andrey Mironovla dost olduğunu düşünsə də, onun Mironovdan xoşu gəlmirdi. Uzun illər sonra bir dəfə jurnalistlərə etiraf tmişdi ki, "şokolad içində doğulmuş" gənc, yaraşıqlı və istedadlı Mironovu qısqanıb.

Aktyor 1987-ci ildə 64 yaşında ölüb. Avqust ayında onun baş rolda oynadığı "53-cü ilin soyuq qışı" filminin çəkilişləri gedirdi. Ölüm səbəbi isə evində soyuq duş alarkən ürək tutması olub. Onun ölümündən 3 gün heç kim xəbər tutmamışdı. Həmin vaxt xanımı Riqada qastrol səfərində idi. Papanovun meyiti qızmar yay günlərində havasız vanna otağında qalıb iylənmişdi.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1016   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.