Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTO

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBilməmək eyib deyil, öyrənməmək eyibdir. Müasir dövrdə bu atalar sözü daha da aktualdır, çünki zamanəmizdə, xüsusilə də dil bilikləriniz varsa, "Google" və "YouTube" sayəsində istənilən məlumatı internetdən almaq mümkündür. Lakin sizinlə insan kimi söhbət edən, suallarınızı cavablandıran yeni axtarış sistemdən xəbəriniz varmı?

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBiG.AZ xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan "Rəqəmsal Savadlılıq" adlı təlimin növbəti mövzusu məhz "Bing" axtarış sistemi ilə bağlı olub.

Təlimin təşəbbüskarı və təşkilatçısı olan AİKTSA sədri, İKT üzrə ekspert Elvin Abbasov jurnalistlərlə maraqlı məlumatları paylaşıb.

İlk öncə o, brauzerlər haqqında danışaraq, çoxlarının istifadə etdiyi "Google Chrome" əvəzinə, "Microsoft Edge"dən istifadə etməyi məsləhət görüb, çünki məhz burada sözügedən "Bing" axtarış sisteminə daxil olub, GPT4 (şəkil və mətni anlama süni intellekt modeli) ilə çalışan və daha intellektual olan çatbotdan yararlanmaq mümkündür.

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOƏvvəl GPT4 ilə daha ağıllı olan ChatGPT haqqında bir az məlumat verək.

Belə ki, aylarla gözlədikdən sonra OpenAI yeni bir mərhələyə qədəm qoyaraq şəkil və mətni anlama süni intellekt modeli GPT4-ü buraxdı. OpenAI-nin son dərəcə populyar ChatGPT çatbotunun indiki modeli GPT3.5 yalnız mətni göstərə bilirdi.

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOOpenAI-ə görə, GPT4 şəkil və mətn daxiletməsini qəbul edə, müxtəlif peşəkar və akademik meyarlarda "insan səviyyəsində" çıxış edə bilər. OpenAI həmçinin deyir ki, yeni sistem "faktiklik, yönləndirmə və sərhədləri aşmama" baxımından sələfindən üstündür. GPT4 şəkil daxiletmələrini qəbul etsə də, hələlik yalnız mətnlə cavab verir.

GPT4 yalnız çatışmazlıqları aradan qaldırmağa və performansı yaxşılaşdırmağa yönəlmiş modeldir. GPT4-ün verilənlər bazasına da 2021-ci ilin sentyabrından sonrası daxil deyil. Görünür, OpenAI GPT4-ü öz sistemlərinə və ya tətbiqlərinə inteqrasiya etmək istəyənlər üçün hazırlayıb. Yeni modelin GPT3.5 ilə müqayisədə icazəsiz məzmun sorğularına cavab vermə ehtimalı 82 faiz daha azdır.

ChatGPT-dən istifadə etmək üçün nə etməliyik?

1) "Microsotf Edge"də cəmi bir "e-mail" adresi və istənilən şifrə yazaraq qeydiyyatdan keçmək lazımdır.

2) Buradakı "Chat" bölməsinə daxil olub istədiyiniz sualı bota verə bilərsiniz.

Cavabları Azərbaycan və ya digər dillərdə verməsini istəyirsinizsə, bunu botdan xahiş edin :)

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sisteminin "Google"dan fərqi və üstünlüyü nədədir?

1) Yuxarıda qeyd etdiyimiz kimi, sualları müxtəlif dillərdə cavablandıra bilir.

2) Mövzunu ardıcıllıqla davam etdirir. Məsələn, bir şəxs (hətta şəkil) haqqında sual verirsinizsə hər dəfə onun adını çəkməyə ehtiyac yoxdur. İlk sualda adını çəkmisinizsə, növbəti sualda "o" şəxs əvəzliyindən istifadə edə bilərsiniz.

3) Yəni siz şəkil göndərib, məlumat alırsınız və ya tapşırıq verirsiniz, o isə sizə lazım olan konkret məlumatı internetdən tapıb hazır formada təqdim edir.

4) Məlumatı sıralamaq və ya cədvəl şəklində almaq istəsəniz, bot işinizi asanlaşdıraraq bunu da sizin üçün edir.

5) Bot məlumatı əldə etdiyi mənbələri göstərir.

6) Proqram sizi maraqlandıra biləcək sual nümunələrini də gətirir.

7) Yeni model yaradıcı və texniki yazı yaza, redaktə edə, 25 mindən çox söz istifadə edə bilər.

Bu "chat"dan istifadə etdikdə, bəlkə, digər üstünlüklərini də tapacaqsınız, lakin biz bu qədəri ilə kifayətlənirik.

Sonda bir məsələni qeyd etmək istəyirik ki, axtardığınız məlumatın internetdə mövcudluğu şərtdir. Əks təqdirdə, bot sizə yardım edə bilməyəcək.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün növbəti "Rəqəmsal Savadlılıq" adlı təlimlərə 1 may tarixindən start verilib. 2 ay davam edəcək təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına öz töhfəsini verəcək.

Hər təlimdə faydalı və praktik məsləhətləri ilə jurnalistlərin işini asanlaşdırmağa çalışan AİKTSA sədri, "Virtual Azərbaycan Group of Company" MMC, "Vision TV" MMC şirkətlərinin və bir sıra digər layihələrin təsisçisi və direktoru Elvin Abbasova, həmçinin, təşkilatçılıqla bağlı dəyərli fəaliyyətinə görə Visiontv.az saytının redaktoru Orxan Kərimova xüsusi təşəkkürümüzü bildiririk.

Bu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTOBu axtarış sistemi sizinlə insan kimi danışacaq - "Google" geridə qaldı - FOTONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2023   Tarix: 11 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.