Avropa ölkələrinin viza bataqlığı, süni şəkildə yaradılan maneələr - ARAŞDIRMA

Avropa ölkələrinin viza bataqlığı, süni şəkildə yaradılan maneələr - ARAŞDIRMAXaricə səfər vizasından imtina edilmiş insanın nə hiss etdiyini anlamaq çətin deyil. Böyük həvəslə səyahətə hazırlaşan, gəzəcəyi yerlərin xəritəsini cızan turist üçün bu, xəyal qırıqlığına uğramaq kimidir. Təəssüf ki, son vaxtlar belə ümidsizliyə qapılan çoxlu insan var. Onların Şengen ölkələrinin səfirliklərində qarşılaşdıqları problemlər sosial platformalarda uzun-uzadı müzakirələrə çevrilməkdədir. Müxtəlif səyahət qruplarında "İtaliya səfirliyində növbə tutmaq üçün gecə 4-5-də boşluq olur", "Fransa səfirliyinə müraciət etdim, bütün sənədlərim qaydasında idi, amma rədd cavabı aldım", "İtaliya artıq viza görüşü üçün sistemi bağlayıb", "Macarıstan səfirliyinə yaxın düşmək olmur…" kimi rəylər müxtəlif səyahət qruplarında paylaşılır. Bəzən müraciətçilərin öncədən aldıqları təyyarə bileti, hotellərin rezervasiyası əllərində qalır - viza almaq əsl problemə çevrilir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Vətəndaşların əksəriyyəti səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətlənir", - deyən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədovun fikirləri viza alınması ilə bağlı hazırkı mənzərəni kifayət qədər aydın əks etdirir:

"Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinlik çəkirlər".

Turizmçi viza alınması ilə bağlı ölkəmizdəki səfirlikləri iki kateqoriyaya – "çətin" və "daha çətin" qruplara bölür:

"İstər adi vətəndaşlar, istərsə də turizm şirkətləri uzun müddətdir ki viza alınması, xüsusən yerlərin götürülməsi məsələlərində çoxlu çətinliklərlə qarşılaşırlar. Bunlar iş, verginin ödənilməsi haqqında arayış, əlavə sənədlər, aviabiletin və otelin ödənilmiş qəbzi və s. tələbi ilə bağlı süni yaradılan baryerlərdir. Məsələn, İtaliya səfirliyində vizanın verilməsi ilə bağlı həddən artıq ciddi problemlər var. Müraciət edənlərin 50 faizinə imtina verilir. Eyni zamanda, İtaliya universitetlərinə qəbul alanlar üçün təhsil vizasının alınması müşkülə çevrilib". Ş.Məmmədovun sözlərinə görə, Macarıstan səfirliyinə müraciət edənlər daha çox əngəllə qarşılaşırlar: "Eyni zamanda, bunu səfirliyin tələbi kimi göstərirlər. İş yerindən arayış və maaş kartından çıxarışla bərabər vergi ödənməsi ilə bağlı sənəd, gediş-gəliş biletinin alınmış variantını tələb edirlər. Təbii ki, vətəndaş təyyarə bileti alıb və hotel pulunu ödəyibsə, viza almadığı təqdirdə böyük zərərlə üzləşir. Belə vəziyyətdə onun müraciət etdiyi turizm şirkəti üçün də xoş olmayan vəziyyət yaranır". Turizmçinin sözlərinə görə, bəzi səfirliklərdə isə, ümumiyyətlə, "aşağı və yuxarı büdcəli" seçimi var: "Böyük Britaniya səfirliyindən cavab almaq 21 gün və ya daha çox çəkir. Orta büdcəli turistlərin sənədləri, demək olar ki, qəbul edilmir. Gəlir çox yüksək olmalı və göstərilməlidir. Bəlkə ondan sonra viza verərlər. Almaniya səfirliyində də eyni problem mövcuddur. Aşağı büdcəli turistlər üçün viza verilməsi şansı azdır. Əksər vizalara rədd cavabı gəlir. Problem vizaya müraciət etmək çətinliyi və müraciətdən sonra viza almaq ümidsizliyidir".

Vətəndaşların viza alınması ilə bağlı yaşadığı problemlər həm də Fransa səfirliyi ilə bağlıdır. Belə ki, ölkəmizdə səfirliyin viza prosedurunu Şengen vizası müraciətlərinin idarə edilməsi üzrə eksklüziv şirkət olan "Capago International" həyata keçirir:

"Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist, viza hazır olduqdan sonra özü götürə bilmir. Şirkət kuryer xidməti vasitəsi ilə çatdırılmasını məcburi edir" - deyə Ş.Məmmədov bildirir: "Pandemiyanın bitməsinə baxmayaraq, hələ də kuryer xidməti üçün bu şirkətə 17 AZN xidmət haqqı verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Bundan başqa, şirkət əlavə xidmət haqları tutur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir".

Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının üzvü Şəfiqə Mahmudova viza alınmasını lotereyaya və ya şansa bənzədir:

"Paylaşılan rəylərdə deyildiyi kimi, İtaliya Səfirliyi viza üçün görüşləri dayandırmayıb. Viza verilir, sadəcə görüş götürmək çətindir. Bunun üçün biz gecələr oturub saytı izləməli, sistemdən görüş götürməliyik. Gündüzlər, ümumiyyətlə, sayta yaxın durmaq mümkün deyil. Almaniyada konsulluq görüşləri artıq canlı keçirir. Səhər 09.00-dan yaxınlaşmalı və 12.00-dək görüş götürməliyik. Macarıstan səfirliyində görüş götürmək, ümumiyyətlə, mümkün deyil. 4 nəfərlik ailə gedirsə, sistem yalnız bir nəfərə görüş götürməyə icazə verir". Ş.Mahmudovanın sözlərinə görə, səfirliklər bunun səbəbini pandemiyadan sonra gedənlərin sayının çoxalması ilə əlaqələndirirlər: "Biz bu gün insanları Avropanı gəzməyə çağırırıq, amma görüş götürə bilmirik".

Turizmçi Rəhman Quliyev də viza alınması ilə bağlı narahatlığını ifadə edir:

"Viza rejimi tətbiq edən ölkələrin coğrafiyası geniş olsa da, vətəndaşlarımız üçün səyahət destinasiyası çox məhduddur. Buna səbəb viza verilməsində yaranan süni çətinliklərdir. Bu üzdən Avropaya səyahət etmək istəyən turist, tələbə və ya investor böyük problemlərlə üzləşir".

Turizmçi hesab edir ki, vətəndaşlarla Şengen ölkələrinin səfirlikləri arasında yaranan anlaşılmazlıq Avropa ölkələri ilə ikitərəfli əlaqələrə də zərbə vurur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycan vətəndaşlarına viza verilməsində yaranan çətinliklərlə bağlı məlumatsız olduğunu bildirir:

"Maraqlanaram. Belə hallar kütləvi xarakter daşıyırsa, Milli Məclisdə qaldırıla bilər. Bəzi Avropa ölkələrinin, konkret olaraq Fransanın mövqeyi siyasi kriteriyalara görə mümkündür. Digər dövlətlərlə bağlı, ola bilər, qanunsuz miqrasiya, terrorçuluqla mübarizə və s. məsələlərlə əlaqələndirilir. Araşdırılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıda fəaliyyət göstərən səfirliklərinin konsulluq şöbələri ilə əlaqə saxlamalı və izahat tələb etməlidirlər. Alınan cavablar ictimaiyyətə açıqlanmalıdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 929   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.