Kənd adamları qızlarına görə onu öldürmək istədilər - Xalq yazıçısından maraqlı faktlar

Kənd adamları qızlarına görə onu öldürmək istədilər - Xalq yazıçısından maraqlı faktlarKulis.az Xalq yazıçısı Qılman İlkin haqqında maraqlı faktları təqdim edir.

Qılman İsabala oğlu Musayev 1914-cü il aprelin 28-də Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə anadan olub. Altı yaşı olanda atası dünyasını dəyişib. 1936-cı ildə indiki Pedaqoji Universitetin Dil-ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim kimi başlayıb. Daha sonra "Gənc işçi" qəzetində çalışıb və əsərləri də burada çap olunub.

Onun ulu babası XVII əsrdə Dağıstandan - Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbazı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda. Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarət imiş. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb.

Qılman İlkin ibtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Bu məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyiblər. Qılman İlkin Tağıyevi xatırlayarkən deyirmiş. "Tağıyev hərdən bizim məktəbə də baş çəkirdi, o qədər sadə idi ki, heç deməzdin bu, milyonçudur. Amma ömrünün son illərini əzəbla yaşadı. Nərimanov olmasaydı bolşeviklər onun qocalığına heç baxmazdılar".

Qılman İlkin Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə olduğundan hər gün Mərdəkandan piyada Suraxanıya, oradan elektriçkaya minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar piyada yol getməyi çox sevib. Uzunömürlülüyünün bir səbəbini də hər gün piyada yol getməyində görürmüş.

1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında ikən Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərirlər. Məktəb köhnə bir binada yerləşirmiş. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində Qılman müəllim kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllimin həmin gecə kənddə olmaması isə yaxşı təsadüf olub. Çünki arada ona da xəbər göndərmişdilər ki, səni də öldürəcəyik, qızlarımızı məktəbə çəkmisən. Qılman İlkin oradakı dərs ilini başa vurandan sonra Bakıya qayıdır. İllər keçəndən sonra o kənddə başına gələn əhvalatları "Ömrün oğlan çağları" povestində qələmə alır.

Müəllimlik fəaliyyətindən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirir, həm də "Gənc işçi" qəzetində işə düzəlir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları ilə hələ gənc yaşlarından şəxsi tanışlığı, dostluğu olub.

Onun ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq olub. Müşfiq tez-tez onun işlədiyi "Gənc işçi" redaksiyasına gəlirmiş. Qılman İlkin Müşfiq haqqında danışanda hər zaman kövərələrmiş. Müşfiqlə bağlı xatirələrinin birində deyir: "Müşfiq üç barmağını büküb şeir oxuyurdu. Heç kim Müşfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuyurdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin. Müşfiq "Gənc işçi" qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız - Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzüaşağı gəlirdi. Müşfiq onun gəldiyini görüb EA-nın önündə onu qarşılayırdı. Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. Nöqsanları görən gözü yox idi. Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar. Dərs zamanı küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: "Get, bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki".

1936-cı ildə APİ-ni bitirir. Bu elə illər idi ki, yavaş-yavaş repressiya tufanı əsməyə başlayırdı. İnstitutun partkomu Budaqyan adlı bir erməni olur. O, hətta belə bir şüar da yazıb divara yapışdırmışdı: "Yoldaşını ifşa elə!". Budaqyan bir neçə dəfə Qılman müəllimi yanına çağırır. Buna səbəb isə Müşfiq tutulmamışdan əvvəl Qılman İlkinin onun uşaq şeirləri haqqında məruzə etməsi olub. Əli Nazimin və Ağamməd Abdullayev adlı müəlliminin zəmanətindən sonra onun aspiranturada qalmasına icazə verilib.

İnstitutda III-IV kurslara dərs deyəndə. Gecə-gündüz oxuyurmuş ki, tələbələrin yanında pərt olmasın. İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, Tələt Əyyubov, Əziz Mirəhmədov, Zeynal Cabbarzadə Qılman İlkinin tələbələri olub.

O, ədəbi yaradıcılığa bir publisist kimi başlayıb, "Ədəbiyyat qəzeti"ndə tənqidi məqalələri dərc edilib. Amma bədii yaradıcılığa 1943-cü ildə - "Yaralı şahin" adlı hekayə ilə gəlib. Sonra Nəcəfbəy Vəzirovun uşaqlıq və ilk gənclik illərindən bəhs edən "Həyat yollarında" adlı povestini çap etdirib. Əllinci illərin sonlarına qədər onun bir neçə hekayələr kitabı işıq üzü görüb. Onun bir yazıçı kimi məşhurluğu isə "Şimal küləyi" və "Qalada üsyan", "Yetimin ölümü" romanları ilə başlayıb. "Şimal küləyi"ndə Qılman İlkin Şura inqilabına qədərki Bakını, burada baş verən hadisələri təsvir edir.

Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan və çox zaman qəzetlərdə hər iki yazıçının ancaq baş hərfləri çap olunduğundan qardaşı ilə adı qarışıq düşür. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür.

Müharibədən sonra yazıçı "Töhvə" adlı hekayəsini "Komunist" qəzetinə Əli Vəliyevə təqdim edir. Hekayəni oxuyan Əli Vəliyev onu dərc etməkdən imtina edir. Bəhanə kimi isə hekayədəki Lenin obrazının lazımi qədər işıqlandırılmaması olur. Bundan sonra Əli Vəliyev Mərkəzi komitənin ideologiya üzrə katibinə müraciət edir. Katib onları Mircəfər Bağırovla görüşdürür. Bağırovun işarəsi ilə Qılman İlkin böyük təşvişlə hekayəsini Mircəfər Bağırova oxuyur. Bundan sonra Mircəfər Bağırov Qılman ilkinə baxıb ondan soruşur: "Vətən yolu" qəzetində daşnakların əleyhinə məqaləni sən yazmısan? "Bəli" cavabın alandan sonra Bağırov üzünü Əli Vəliyevə tutub deyir: Onun hekayəsini dərc edin.

Qılman İlkin 1974-cü ilə qədər Azərnəşrdə baş redaktor, "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrin direktor kimi vəzifələrdə işləyib. "Azərnəşr"ə direktor təyin olunandan sonra nəşriyyatın portfelini yoxlayır. Görür ki, Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" əsəri nəşriyyatın portfelində yatıb qalır. Müsahibələrinin birində deyir: ""Yeraltı çaylar dənizə axır" əsərini oxudum, çox xoşuma gəldi. Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir ki, filan - filan istedadlı yazıçılara kömək et. Dedim, ay Mehdi müəllim, siz onun - bunun xahişini edirsiniz, ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun xahişini kim edəcək? Onun bir cür gülümsünüb "əh" eləməyi var idi, eləcə əlini yelləyib "əh" elədi".

Qılman İlkin "Yeraltı çaylar dənizə axır" əsərində bir sıra "məqamlar"ın olmasına baxmayaraq əsəri çap etdirir. Hətta Mehdi Hüseyn ona deyir ki, əsərdə elə yerlər var ki, onlara görə sənin başın ağrıya bilər. Ancaq Qılman İlkin heç nədən qorxmadan bu əsəri çap etdirir.

Qılman İlkin 1963-1966-cı illərdə "Azərbaycan" jurnalının baş redaktoru vəzifəsində çalışıb. "Azərbaycan" jurnalına baş redaktor təyin olunduqdan sonra bir sıra islahatlar aparır. Əhəmiyyətli yazıçıların çap olunmasına diqqəti artırır. O, öz müsahibələrinin birində deyir:

"Bir çox gərəkli, çap olunmalı yazılar ləngidilirdi, jurnalda pis mənada ənənəçilik hökm sürürdü. Halbuki, jurnalda Əli Kərim, Yusif Səmədoğlu, İsa Hüseynov, Əliağa Kürçaylı kimi istedadlı qələm sahibləri çalışırdı. Bir çox əsərlər vardı ki, Əbülhəsənin seyfində yatırdı. Məsələn, İlyas Əfəndiyevin "Dağlar arasında üç dost" romanı... Dərhal mətbəəyə göndərdim. İlyas Əfəndiyev günlərin birində yanıma gəldi. Ona dedim ki, əsərini göndərmişəm çapa, növbəti nömrədə oxuyarsan. İnanmadı.

Qılman İlkin Ənvər Məmmədxanlı ilə möhkəm dost olub. Onunla dostluğu otuzuncu illərdən başlayıb. Qılman müəllim deyirmiş ki, mən heç bir yazıçının, şairin dəfnində ağlamamışam, göz yaşlarımı saxlamışam, amma Ənvər Məmmədxanlının ölüm xəbərini eşidəndə özümü saxlaya bilmədim. Çünki Ənvər Məmmədxanlı mənim nəzərimdə fövqəladə insan idi.

Qılman İlkin 2009-cu il noyabrın 6-da ürək çaışmazlığından 96 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1030   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı

Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd

02.08.2026 514
.

330 metrlik asteroid Yerə yaxınlaşacaq - Toqquşma təhlükəsi yoxdur

Avqustun 10-da, Bakı vaxtı ilə səhər saat 04:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. xəbər verir ki, asteroid potensial təhlükəli obyekt kimi təsnif edilsə də, mütəxəssislər onun Yer üçün real toqquşma riski yaratmadığını açıqlayıblar. "2019 NY2" planetimizdən təxminə

08.08.2026 223
.

Saat icad edilməzdən əvvəl insanlar vaxtı necə ölçürdü?

Bu gün saata və ya telefona baxaraq vaxtı öyrənmək həyatımızın adi hissəsinə çevrilib. Lakin bəşər tarixinin böyük bir hissəsində dəqiq vaxtı müəyyənləşdirmək heç də asan olmayıb. Saatların ixtirasından əvvəl insanlar zamanı ölçmək üçün günəşdən, sudan, yanan mumdan, tütsüdən, hətta qoxulardan istifad

12.08.2026 234
.

İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ

"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər". RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib. Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelemen

02.08.2026 229
.

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər. xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesa

09.08.2026 274
.

Pendiri daha uzun saxlamaq üçün sadə üsul

Açıldıqdan sonra tez quruyan pendiri daha uzun müddət təzə saxlamaq üçün sadə bir üsul təklif olunur. Pendiri duzlu suda saxlamaq onun yumşaqlığını və dadını qorumağa kömək edir. Bunun üçün pendiri təmiz qaba yerləşdirib üzərini tam örtəcək qədər soyuq su əlavə etmək və az miqdarda duz qatmaq kifayətdir

02.08.2026 478
.

Qarpızı dondurmaq olar? - Düzgün üsul

Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur

09.08.2026 256
.

"OpenAI" xidmətlərinin aktiv istifadəçilərinin sayı bir milyardı ötüb

ABŞ-nin "OpenAI" süni intellekt şirkətinin xidmətlərindən istifadə edən aktiv istifadəçilərin sayı bir milyardı keçib. Şirkətin məhsullarından yararlanan şirkətlərin sayı isə iki milyondan çoxdur. xəbər verir ki, bu barədə "OpenAI"ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib

02.08.2026 271
.

26 yaşlı fenomen xərçəngin qurbanı oldu

Nadir rast gəlinən öd yolu xərçəngi ilə təxminən üç il amansız mübarizə aparan amerikalı sosial media fenomeni Sidney Taul vəfat edib. Axşam.az xəbər verir ki, fenomen xəstəliyi ilə bağlı yaranan ağırlaşmalar səbəbindən 26 yaşında dünyasını dəyişib. Xərçənglə mübarizə prosesini milyonlarla izləyicis

08.08.2026 287
.

TOP MP3