"Sülhməramlıların bugünkü erməni təxribatına göz yumması onların regionda qalma müddətini qısaldacaq" - RƏY
"Aprelin 22-də Ermənistan tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı törədilən mina təxribatına sülhməramlıların göz yumması onların regionda qalma müddətini daha da qısaldacaq".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Ermənistan terrorçu dövlət olaraq ən müxtəlif vasitələrdən Azərbaycana qarşı istifadə edib və bu gün də etməkdə davam edir. Onun bu əməlləri beynəlxalq təşkilatlar, regionda sülh istəyən qüvvələr tərəfindən şiddətlə pislənilməlidir. Ermənistan nəzərə almalıdır ki, onun heç bir təxribatı cavabsız qalmayacaq. İkincisi, bu addımlar sülhü Ermənistan üçün əlçatmaz edəcəkdir ki, bu da həmin dövlətin süqutunu yaxınlaşdıracaq", - deputat qeyd edib.
H.Babaoğlunun fikrincə, hadisənin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altındakı ərazidə törədilməsi, onların minaların basdırılmasına göz yumması Ermənistana loyallıq göstərilməsi deməkdir:
"Bu təxribat öz-özlüyündə əvvəlcədən planlaşdırılmış mina terrorudur. Hadisədən sonra zərərçəkənlər üçün yardıma gələnlərə qarşı təxribat Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Ancaq, şübhəsiz ki, bu, belə davam edə bilməz. Ermənistanın Azərbaycan ərazisinə qarşı atılan hər bir addımı necə cəzalandırılıbsa, bu terror da öz layiqli qiymətini alacaq. Ermənistan bu terrora görə cavab verməli olacaq".
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 527 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənədsiz torpaq sahəsi olanlar diqqət! Bu qaydaları bilməlisiniz
"Sənədsiz torpaq dedikdə, faktiki istifadə olunan və ya istifadəyə yararlı, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarışı (kupçası) olmayan torpaq sahələri nəzərdə tutulur. Bu torpaqlara sovet dövründə ayrılmış sahələr, bələdiyyə tərəfindən verilmiş, lakin rəsmiləşdirilməmiş torpaqlar, icra hakimiyyətlərini
15:46 155 Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzami
11:30 192 Arvadını bıçaqlayıb özünü öldürdü - Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdə
17:02 115 Zaqatala sakini arvadını və özünü bıçaqladı, biri öldü
Abşeronda dəhşətli cinayət törədilib. xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb. Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Prokurorluğ
19:30 1 Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. "Report"un yerli bürosu məlumat verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasını
02.08.2026 311 Rəsmi Bakı Pakistana başsağlığı verib
Azərbaycan Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insan itkisi ilə nəticələnən kömür mədənindəki qəza ilə əlaqədar başsağlığı verib. xəbər verir ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Pakistanın Bəlucistan əyalətind
13:03 215 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış
14:25 164 Turistə şəkil çəkdirməyə kömək etdi: çoxdan itkin düşən qohumunu tapdı - İnanılmaz HEKAYƏ
Turistin adi foto çəkmək xahişi Çin sakini üçün gözlənilməz ailə kəşfinə çevrilib. Qısa söhbətdən sonra iki kişi 70 ildən çox əvvəl tarixi hadisələr səbəbindən bir-birindən ayrı düşmüş qohum olduqlarını anlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, iyulun əvvəlində Çen Çze işgüzar səfərlə Yunnan əyalətin
19:15 1 Ceki Çan Bakıda
Dünya şöhrətli aktyor Ceki Çan beynəlxalq "Tanrının Zirehi 4" ("Armor of God 4") filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib. Axşam.az xəbər verir ki, əfsanəvi aktyor paytaxtda təxminən 10 gün qalacaq. Filmin çəkilişləri Bakının ən məşhur və tarixi məkanlarında aparılacaq. Ekra
11:54 270