Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil"

Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil""Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil".

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Sabah"a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: "Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var".

H.Akar həmçinin ölkəsinin təhlükəsizliyi üçün təhdidlərin olduğunu da bəyan edib: "Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Bizə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır. 40 ildir qarşımızı kəsməyə çalışırlar və artıq məsuliyyətimiz də artıb. Öhdəliklərimizi yerinə yetirmək üçün gecə-gündüz çalışırıq. Uzun illərdir başımıza bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətliyik".

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır: "Bəziləri terrorçulara qarşı mübarizəmizi etnik, dini mübarizə kimi təqdim etməyə cəhd göstərirlər. Kürdlər bizim qardaşlarımızdır, yüz illər boyu birlikdə yaşadıq, çörəyimizi, suyumuzu paylaşdıq, cümhuriyyəti birlikdə qurduq. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Biz bütün qonşularımızın sərhədlərinə, ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Amma qonşularımızdan da eyni anlayışı, terrorla mübarizəmizə mane olmamalarını gözləyirik. Biz mübarizəmizi davam etdirəcəyik. Terror qruplaşmalarının "rəhbər şəxsləri" artıq 2 gecə ard-arda eyni yerdə yata bilmir. PKK, YPG heç zaman kürdlərin təmsilçisi olmayıb. Necə ki, İŞİD də müsəlmanları təmsil etmir".

O vurğulayıb ki, Türkiyənin sərhədləri lazımi səviyyədə qorunur: "Sərhədlərimizdə təhlükəsizliyimizi təmin etmək üçün xüsusi cihazlar, o cümlədən sensorlar var. Hətta sərhəddən pişik və ya it belə keçəndə xəbərimiz olur. Sərhəd yollarımız da yaxşı vəziyyətdədir. Lazım gələndə PUA-larla da müdaxilə olunur. Hər kəs bunu görməli, bilməlidir. Türkiyə Silahlı Qüvvələrinin inventarında bütün lazımi silahlar var: "Artıq "TCG Anadolu" gəmimiz, İMECE peykimiz var və bunlar sırf müharibə məqsədli deyil. Onlar sülh vaxtında da fəaliyyət göstərəcək. Həmin texnikaların həm də humanitar funksiyası var. Əvvəl tüfənglərimizi də xaricdən alırdıq. İndi bütün yüngül silahlarımızı özümüz istehsal və ixrac edirik".

H.Akar Türkiyə və Yunanıstan arasında gərginliyin azaldılması üçün atılan addımlardan da danışıb.

"Yunanıstanlı həmkarımla müzakirəmiz konstruktiv keçdi. Bütün problemləri müzakirə etdik və gördük ki, hər iki tərəf problemlərin həllində maraqlıdır. İnşallah, gələcəkdə də problemlərin həlli üçün çalışacağıq", - nazir vurğulayıb.

O qeyd edib ki, güclü Türkiyə güclü NATO deməkdir və hər kəs də bunu bilməlidir: "Alyansın Baş katibi Yens Stoltenberq obyektiv insandır, fikirlərimizi təsdiqləyir. Ümumiyyətlə, indi Türkiyə böyük gücdür. Rusiya və Ukraynanı da masa arxasına oturtduq. "Taxıl dəhlizi"nin təşəbbüskarı olduq. İndiyə kimi 28 milyon tondan çox taxıl dünya ölkələrinə ixrac olunub. Bunu biz bacardıq. Biz "Taxıl sazişi"nin müddətinin uzadılmasını istəyirik. Əgər bu olmasa, yəni, müqavilənin müddəti uzanmasa taxıl qiyməti sürətlə artacaq. Həmçinin, Afrikada aclıq olacaq. Sonra siyasi qeyri-sabitlik yaranacaq. Yəni, həm beynəlxalq, həm də regional təhlükəsizlik təhdidləri yaranar. Ona görə bu sazişin müddətinin uzadılmasını istəyirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.